Fransanın xarici işlər naziri Tehrana gedib

Jean-Yves Le Drian

Fransanın xarici işlər naziri martın 5-də Tehrana gedib. Bu arada İranla bir neçə ölkənin 2015-ci ildə imzaladığı nüvə sazişi və İranın Suriyadakı vətəndaş müharibəsində roluyla bağlı qlobal gərginlik yaşanır.

Jean-Yves Le Drian-ın səfəri ilkin olaraq yanvara planlaşdırılmışdı, amma İranın bir çox şəhərlərində etirazlar baş qaldırdığından ertələndi.

Rəsmi məlumata görə, Le Drian səfər zamanı prezident Hassan Rohani, xarici işlər naziri Mohammad Javad Zarif-lə görüşəcək, “ikitərəfli, regional və beynəlxalq məsələlər”i müzakirə edəcək.

2015-ci il nüvə sazişi İrana beynəlxalq sanksiyaların yüngülləşdirilməsi əvəzində Tehranın nüvə fəaliyyətinin məhdudlaşdırılmasını nəzərdə tutur. Hazırda sazişin taleyi sarıdan narahatlıq var. Belə ABŞ prezidenti Donald Trump ötən il deyib ki, sənəddəki qüsurlar “düzəldilməyincə” ondan çıxacaq.

Fransa Xarici İşlər Nazirliyindən “Frans Pres” agentliyinə deyiblər ki, Le Drian Tehrana “Donald Trump-ın emissary olmadığını” deyib. Amma Le Drian Tehrana onu da bildirib ki, ya ballistik raket proqramıyla bağlı narahatlıqları yoluna qoymalıdır, ya da yeni sanksiyalarla üzləşə bilər.