Məmmədyarov: 'Seçkilərdən sonra danışıqlar daha intensiv olacaq'

E.Məmmədyarov

«Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra Ermənistanla danışıqları daha intensiv şəkildə davam etdirəcəyik».

Bu barədə martın 5-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə bildirib. Onun sözlərinə görə, artıq həmsədrlərlə görüşdə Azərbaycan buna razılıq verib.

«Biz prezidentlərin tapşırığı əsasında Cenevrədə, Vyanada görüşmüşük. Çox güman ki, seçkilərdən sonra, yəni Azərbaycan və Ermənistanda hökumət formalaşandan sonra biz intensiv şəkildə müzakirələri davam etrdirəcəyik», - nazir qeyd edib.

Azərbaycan və Ermənistan rəsmiləri sonuncu dəfə yanvarda bir araya gəlmişdi. Yanvarın 18-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan ATƏT-in Minsk qrupu həmsədrləri – Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endrü Sxofer ilə görüşmüşdülər.