Hərbçilərin maaşı da 10 faiz artdı

Azərbaycan hərbiçiləri

Azərbaycanda hərbçilərin maaşları 10 faiz artırılıb.

Prezident İlham Əliyev martın 5-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncam Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərin aylıq vəzifə (tarif) maaşlarının martın 1-dən artırılmasını nəzərdə tutur.

Buna da bax: Azərbaycanda maaş, təqaüd və müavinətlər adətən nə zaman artır? [video]

Xatırlatma

Prezident İlham Əliyev son həftələr bəzi təqaüd və müavinətlərin, eləcə də həkimlərin maaşlarının artırılması ilə bağlı da sərəncamlar verib.

Həmin artımlar da martın 1-də qüvvəyə minəcək. Amma bu artımlar 10-70 faiz arasında dəyişir.

Bəzi ekspertlər, eləcə də müxalif qüvvələr ölkə başçısının bu addımını tənqid edirlər. Onların qənaətincə, növbədənkənar prezident seçkiləri öncəsi prezident bu sərəncamla toplumun bəzi kəsimlərinin səsini almağa çalışır.