Bu gün - martın 6-da Novruzun ikinci- Od çərşənbəsi qeyd olunacaq.
Buna xalq arasında «Üskü çərşənbə» də deyilir. Bu çərşənbənin qədim insanların Günəşə, oda olan inamından irəli gəldiyi bildirilir. Adət-ənənəyə görə, bu çərşənbədə tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.
Bundan əvvəl isə Su çərşənbəsi keçirilmişdi. Martın 13-də Yel, 20-də isə sonuncu Torpaq çərşənbəsi qeyd olunacaq.
Şamaxı Astrofizika Rəsədxanasından bildirildiyinə görə, bu il bahar fəsli Azərbaycana martın 20-də saat 20:15-də daxil olacaq.