Özbəkistanın mərhum prezidenti Islam Karimov-un kiçik qızı ölkənin Gimnastika Federasiyasının prezidenti postundan getdiyini açıqlayıb. Bir müddət öncə o, UNESCO-dakı səfir vəzifəsindən də istefa vermişdi.
Lola Karimova-Tillyaeva martın 5-də sosial media hesablarında yazıb ki, 13 il çalışandan sonra Gimnastika Federasiyasının prezidentliyindən gedir, amma Asiya Gimnastika Birliyinin prezidenti vəzifəsini davam etdirəcək.
39 yaşlı Karimova-Tillyaeva avqustda deyib ki, Özbəkistanın UNESCO-dakı təmsilçisi postundan gedir, çünki diqqətini ailəsinə və “Islam Karimov Fondunun proqramlarına” yönəltməyə çalışır.
Karimov 27 illik hakimiyyəti dövründə narazıları qəddarlıqla susdurub. Onun öldüyü 2016-cı ilin sentyabrında açıqlanıb.
Böyük qızı Gulnara Karimova hazırda həbsdədir, mənimsəmə, vergidən yayınmada təqsirli bilinərək beş illik “məhdudlaşdırılmış azadlığ”a məhkum edilib.