8 mart - Beynəlxalq Qadınlar günüdür

Sizin brauzer HTML5-i dəstəkləmir

8 Marta xanımlar hansı hədiyyəni gözləyirlər?

Bu gün dünyada 8 Mart - Beynəlxalq Qadınlar günü qeyd olunur.

Bu bayramın əsası Avropa sosialistlərindən olan Klara Setkinin təklifi ilə 1910-cu ildə qoyulub.

8 Mart daha çox qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü sayılır.

Bu bayram ilk dəfə 1911-ci ildə Almaniya, daha sonra bir sıra başqa ölkələrdə qeyd edilib.

1975-ci ildə isə BMT bu günü 8 Mart- Beynəlxalq Qadınlar günü elan edib.

Azərbaycanda isə bu bayram, əsasən, sovet dönəmindən qeyd olunmağa başlayıb.

1995-ci ildən Azərbaycan qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.

8 Mart - Beynəlxalq Qadınlar günü Azərbaycanda qeyri-iş günüdür.