Balkarlar deportasiyanın ildönümünü qeyd edirlər

Kabardino-Balkariyanın xəritəsi

Rusiyanın Kabardino-Balkariya Şimali Qafqaz respublikasında yaşayan balkarlar sovet lideri Josef Stalin dövründə kütləvi deportasiya olunmaqlarını yad edirlər.

Balkarlar türkdilli, müsəlman etnik qrupdur, sayları 110 min nəfərə yaxındır.

Martın 8-də məscidlərdəki dualara 1944-1957-ci illər arası Qazaxıstan və Qırğızıstana deportasiya zamanı həlak olanlara həsr edilir.

Kabardino-Balkariyanın rəhbəri Yury Kokov deportasiyanı “kriminal sovet rejiminin törətdiyi böyük cinayət” adlandırıb.

1944-cü il martın 8-də 38 minədək balkar Orta Asiyaya deportasiya olunub, onların yarıdan çoxu qadınlar və uşaqlar idi. Stalin rejimi onları nasist Almaniyası ilə əməkdaşlıqda suçlayırdı.

Deportasiyadan sağ çıxanlar 1957-ci ildə Şimali Qafqaz qayıda biliblər.