Kabildə qadınlar 8 mart yürüşünə çıxıb

Kabil, arxiv fotosu

Martın 8-də Əfqanıstan paytaxtı Kabildə yüzlərlə qadın Beynəlxalq Qadınlar Gününə görə yürüşə çıxıb. Onlar hakimiyyətə bir daha xatırlatmaq istəyiblər ki, əfqan qadınının səsini, onların təhsilini təmin etmək, artmaqda olan zorakılıqdan qorumaq üçün çox iş görülməlidir.

Əfqan Müstəqil İnsan Haqları Komissiyasının rəhbəri Sima Samar ölkənin təhlükəsizlik qüvvələrindəki qadınlara müraciət edib.

Sizin təhlükəsizliyiniz bütün əfqan xanımlarının təhlükəsizliyi deməkdir”, – o deyib.

Son bir ildə əfqan qadınının durumu tədricən yaxşılaşıb, özəlliklə də şəhər yerlərində. Kənd yerlərində yaşayanlar isə hələ də böyük diskriminasiya və zorakılığa məruz qalırlar.

Human Rights Watch və digər insan haqları qrupları, eləcə də ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası Əfqanıstanda qadınların hüquqlarından narahatlıq dilə gətirib.