ABŞ prezidenti Donald Trump mayadək Şimali Koreya lidieri Kim Jong Un-la görüşməyə razılıq verib. Məqsəd Koreya yarımadasından nüvə silahlarının çıxarılmasıyla bağlı razılığa gəlməkdir.
“Prezident Trump-la Ağ evdə görüşümüzdə dedim ki, Şimali Koreya lideri nüvəsizləşdirməyə razı olduğunu deyib”, – Cənubi Koreyanın milli təhlükəsizlik müşaviri Chung Eui-yong söyləyib. O bu günlərdə Pxenyanda olub.
“Kim vəd elədi ki, daha nüvə və raket sınağı aparmayacaq. Prezident Trump məlumatlandırmanı dəyərləndirdi və əbədi nüvəsizləşdirməyə nail olmaq məqsədiylə Kim Jong Un-la görüşəcəyini dedi”, – o vurğulayıb.
Kim-lə Trump görüşərsə, bu, Şimali Koreyanın ABŞ-ı vurmağı hədəfləyən nüvə raketi hazırlamaq cəhdi ətrafındakı gərginliyin azalmasında böyük dönüş yaradar.
Ağ evlə Cənubi Koreya bildirib ki, görüşə razılaşmalarına baxmayaraq, Şimali Koreyaya sərt sanksiyalar saxlanacaq.
Hələlik, görüşün yer müəyyənləşməyib.
“Böyük proqres əldə olunur, amma razılaşma əldə olunanadək sanksiyalar qüvvədə qalacaq”, – Trump Twitter-də yazıb.