Bakıda yağış, dağlıq rayonlarında qar gözlənir

Yağış

Martın 10-da Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı bildirilir. Güclü şimal-qərb küləyinin əsəcəyi, gündüz mülayimləşəcəyi vurğulanır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 4-6, gündüz 7-10, Bakıda gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənir. Gecə 2-6, gündüz 9-14, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti təxmin edilir.