Yağış, külək, qar gözlənir

Illüstrasiya

Martın 11-də Bakı və Abşeron yarımadasında havanın tutulub açılacağı, bəzi yerlərdə arabir yağış yağacağı bildirilir. Şimal-şərq küləyinin əsəcəyi gözlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 4-6, gündüz 8-12, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq.

Martın 11-də Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı bildirilir. Böyük Qafqazın ayrı-ayrı yerlərində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı vurğulanır.

Gecə 3-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti təxmin edilir.

Nazirlik xəbərdarlıq verir ki, martın 12-si gündüzdən 13-ü səhərədək bəzi rayonlarda arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənir. Yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Üstəlik, çaylarda sululuğun artacağı təxmin edilir.