Daxili qoşunların 26 illiyi qeyd olunub

Arxiv fotosu

“Daxili qoşunlar qarşısına qoyulan istənilən döyüş tapşırığını yüksək keyfiyyətlə yerinə yetirməyə qadirdir”.

Daxili işlər naziri Ramil Usubov belə deyib.

O, bu gün, martın 12-də Daxili İşlər nazirliyi daxili qoşunlarının yaranmasının 26 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edib.

Nazir deyib ki, məhz dövlətin əvəzsiz dəstəyi sayəsində daxili qoşunların maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.

Daxili qoşunların komandanı Şahin Məmmədov qurumun tarixi haqda danışıb. Deyib ki, torpaqların müdafiəsi uğrunda daxili qoşunların 510 hərbi qulluqçusu həlak olub, 1166 nəfəri yaralanıb, 268 nəfəri itkin düşüb. Hərbi qulluqçulardan 9 nəfəri "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Tədbirdə qulluq zamanı fərqlənən bir qrup hərbçi təltif olunub.

Xatırlatma

Sovet imperiyasının süqutundan sonra, 1991-ci ilin dekabrında SSRİ Daxili İşlər nazirliyinin (DİN) daxili qoşunlarının Bakı şəhərində yerləşən 5-ci diviziyası buraxılıb. Ümumi sayı 2500 nəfər olan üç hərbi hissə Azərbaycan Daxili İşlər Nazirliyinin tabeçliyinə verilib. Həmin vaxtdan Azərbaycanın Daxili Qoşunları Biləcəri qəsəbəsində yerləşən hərbi hissənin əsasında fəaliyyətə başlayıb.

Аzərbаycаn prеzidеnti 1995-ci il martın 9-da isə "Dахili Qоşunlаr Günü" еlаn еdilməsi ilə bağlı fərman verib .

Həmin ildən etibarən martın 12-i "Daxili Qoşunlar Günü" kimi təntənəli şəkildə qeyd olunur.

1992-ci il martın 12-də yeni yaradılan Daxili Qoşunlar torpaqların müdafiəsinə cəlb edilib. Prezidentin də "Dахili Qоşunlаr Günü" еlаn еdilməsi ilə bağlı fərmanında da məhz o gün əsas götürülüb.