Nazirlərin nədən danışacaqları açıqlanıb

Azərbaycan Xarici İşlər Nazirliyi

Sabah, matın 15-də Azərbaycan, Türkiyə, Gürcüstan və İran xarici işlər nazirlərinin dördtərəfli görüşü keçirilməlidir.

«Görüşdə dördtərəfli əsasda regional təhlükəsizliyin gücləndirilməsi, iqtisadi, nəqliyyat, enerji, turizm, mədəniyyət və digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq», - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında vurğulanır.

Azərbaycan, Türkiyə, Gürcüstan və İran xarici işlər nazirlərinin dördtərəfli görüşü birinci dəfədir ki, təşkil edilir.