Erdogan Afrinin axşamadək tutulacağına ümid edir

Afrindən çıxan sakinlər

Türkiyə prezidenti Recep Tayyip Erdogan deyir ki, Suriyanın şimalındakı Afrin şəhərinin martın 14-də axşamadək tamamilə ələ keçiriləcəyinə ümid edir. Bir gün öncə Türkiyə ordusu üsyançı müttəfiqləri ilə birlikdə şəhəri mühasirəyə alıb.

“Reuters” agentliyinin xəbərinə görə, Erdogan Ankarada yerli inzibatçılarla görüşündə onu da deyib ki, Afrindən dinc sakinlər xüsusi dəhlizlə evakuasiya olunmaqdadır.

Türkiyə qüvvələri iki aya yaxındır Suriyanın şimalında kürd yaraqlılara qarşı əməliyyatlar keçirir.

Suriyanın kürd YPG qruplaşması isə bildirib ki, Ankaranın Afrinin tutulmasıyla bağlı gözləntisi real deyil.

O bu axşamadək Afrini alacaq?” - YPG-nin sözçüsü Nouri Mahmoud söyləyib.

Erdogan əhaliyə yalan deyir. Bunun necə baş verəcəyini bilmirəm”, – deyən Mahmoud Afrindən dinc sakinlərin evakuasiya olunmasıyla bağlı bəyanatları da "yalan" adlandırıb.