Fransa Apple və Google şirkətlərini məhkəməyə verir

Arxiv fotosu

Arxiv fotosu

Fransanın maliyyə naziri Bruno Le Maire deyir ki, Google və Apple şirkətlərini biznes qaydalarını pozduqlarına görə məhkəməyə verəcək. Bu addım şirkətlərin “bir neçə milyon avro” cərimələnməsiylə sonuclana bilər. Xəbəri “The Associated Press” agentliyi yayıb.

Dünən – martın 14-də RTL radiosuna danışan Le Maire bu iki şirkəti onlara apps-lərini satmaq istəyən developerlərə tarif qoymaqda ittiham edib.

Le Maire onu da deyib ki, bu internet nəhənglərinin developerlərdən informasiya toplamasını və “kontraktları birtərəfləri dəyişdirməsini” qəbuledilməz sayır.

Nazirin sözlərinə görə, Paris Kommersiya Məhkəməsinə iddia təqdim edəcək.

Məncə, Google və Apple, nə qədər güclü olurlarsa olsunlar, startaplarımız və developerlərimizə bu günkü kimi yanaşmamalıdırlar”, – o söyləyib.

Hələlik, adıçəkilən şirkətlər bu məsələyə münasibət açıqlamayıblar.