Dövlət əlillərə ev alır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Dövlət müharibə əlilləri və Qarabağ uğrunda döyüşlərdə həlak olanların ailəsinə 135 hazır mənzil alacaq.

Bu haqda «Turan» agentliyinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər.

Həmin evləri Bakı şəhərində nazirlik alacaq.

Nazirlikdən bildiriblər ki, 1-, 2- və 3-otaqlı mənzillər alınacaq. Onlar təmir edilmiş mənzillər olmalıdır. Mənzillərin mülkiyyətə verilməsi bu ilin may ayının sonundan tez baş tutmayacaq.

Prezident İlham Əliyev martın 13-də «Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil təminatının yaxşılaşdırılması haqqında» Sərəncam verib. Həmin sənədə əsasən, mənzillərin alınmasından ötrü dövlət büdcəsindən 10 milyon manat ayrılıb.

Rəsmi statistik məlumata görə, 1997-2017-ci illərdə dövlət qeyd olunan kateqoriyadan olanlara 6 mindən çox mənzil verib.