Floridada piyada körpüsü dağılıb, 4 nəfər ölüb

Hadisə yeri

Florida Beynəlxalq Universiteti yaxınlığında yeni piyada körpüsü dağılıb, dörd nəfər həlak olub.

Rəsmilərin məlumatına görə, körpünün dağıntıları altında səkkiz maşın qalıb. Doqquz nəfərsə xəstəxanaya aparılıb.

Universiteti Mayami ərazisindəki Suituoter şəhəriylə birləşdiən 53 metrlik körpü martın 10-da quraşdırılıb. Onun çəkisi 950 ton idi.

Daha öncə yayılmış məlumatlarda insident zamanı 6-10 nəfərin öldüyü bildirilirdi.

Hazırda universitet tələbələri yaz tətilinə çıxıblar deyə körpü dağılan zaman onun üzərində həmişəkindən az adam olub.