Müdafiə naziri yeni aviabazada

Zakir Həsənov aviabazada

Müdafiə naziri Zakir Həsənov və nazirliyin başqa rəhbər heyəti cəbhə bölgəsində bazalaşdırılan yeni helikopter hərbi hissəsində olub.

Bu barədə bu gün, martın 16-da Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, uçuş və texniki heyətlə görüşən müdafiə naziri ordu aviasiyasının hazırlıq səviyyəsi, onun imkanları, effektiv tətbiqi vəziyyətini yoxlayıb.

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üz-üzə dayanıb. Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.