Prezidentdən Novruz təbriki

Arxiv fotosu

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə Azərbaycanın çoxəsrlik mədəni sərvətlər xəzinəsində Novruzun şərəfli yer tutduğu vurğulanır.

“Novruz bayramı azadlıq və istiqlal duyğularımızın ifadəsinə çevrilməklə möhtəşəm yubileyi ərəfəsində olduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin (Bu il 100 illiyi qeyd ediləcək-red) gerçəkləşməsi və XX əsrin sonlarına doğru xalqımızın müstəqil dövlətçilik idealına yenidən qovuşması üçün zəmin hazırlamış milli özünüdərk amillərindəndir”, – təbrikdə bildirilir.

Prezident tükənməz yenilikçilik ruhu sayəsində Azərbaycan xalqının ümummilli mənafelər naminə bütün sınaqlardan bundan sonra da alnıaçıq çıxacağına əmin olduğunu ifadə edib.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il Azərbaycana yazın gəlişi martın 20-də, saat 20.15-ə təsadüf edəcək.

Novruz bayramında ölkədə martın 20-dən 26-dək qeyri iş günü olacaq.

Bu bayramda baharın gəlişi qeyd edilir.