Sinayda 36 şübhəli yaraqlının öldürüldüyü bildirilir

Təhlükəsizlik qüvvələri Sinayda, arxiv fotosu

Son beş gündə Misir təhlükəsizlik qüvvələri 36 şübhəli yaraqlı öldürülüb. Ordunun martın 19-da yaydığı məlumata görə, İslam Dövləti (İŞİD) qruplaşmasına qarşı əməliyyat aparılıb.

Ötən ay prezident Abdel Fattah al-Sisi Sinayda İŞİD-i məhv etməkdən ötrü orduya üç ay vaxt verib. Al-Sisi bu ay keçiriləcək prezident seçkisinə qatılacaq.

Ordunun bəyanatda son 5 gündə əsgərlərin 345 şübhəli yaraqlını həbs etdiyi də vurğulanır.

Vaxtilə Sisi-nin başçılıq etdiyi ordu 2013-cü ildə islamçı prezident Muhammad Morsi-ni devirib və o vaxtdan Misirin cihadçı qrupuyla mübarizə aparır. Qrup İŞİD-ə bağlı olduğunu açıqlayıb.

İŞİD 2015-ci ildə Sinayın cənubundakı Şarm əl-Şeyx kurortundan turist daşıyan Rusiya təyyarəsinin bombalanmasına görə məsuliyyəti götürüb. O zaman təyyarədəki 224 nəfər həlak olmuşdu.