Müəllimənin “küçə təmizlərkən” ölməsi narazılıq yaradıb

Tacikistan prezidenti Emomali Rahmon özbək həmkarı Shavkat Mirziyoev ilə görüşdə, 9 mart, 2018-ci il

Özbəkistanın Səmərqənd şəhərində müəllimənin ölümü ölkədə narazılıq yaradıb. Qohumları və həmkarı müəllimənin prezident Shavkat Mirziyoev-in səfəri ərəfəsində küçə təmizləyərkən yük maşınıyla vurulduğunu bildirir.

Region rəsmiləri isə Diana Enikeeva-nın Qattaqurgon rayonunda küçə təmizləməyə məcbur edilmədiyini bildirir. Hadisə martın 14-də baş verib.

Enikeeva-nın anası Oskana Enikeeva isə AzadlıqRadiosu-na deyib ki, qızı və digər müəllimlərə küçələri təmizləmək əmri verilib və bu, yerli hakimiyyətin tez-tez əl atdığı praktikadır.

Oksana Enikeeva yerli rəsmiləri məhkəməyə verəcəyini bildirib.

Prezidentin sözçüsü Komil Allamjonov-un martın 7-də bildirməsinə görə, müəllimin ölümü hərtərəfli şəkildə araşdırılacaq.

Qattaqurgon rayonunun təhsil departamentinin rəhbəri Alisher Jumaniyazov AzadlıqRadiosu-na deyib ki, “onları heç kəs küçə təmizləməyə məcbur etməyib”.