Fələstin lideri ABŞ səfirinə “it oğlu” dedi

Mahmoud Abbas, arxiv fotosu

Fələstin prezidenti Mahmoud Abbas martın 19-da ABŞ-ın İsraildəki səfirinə “it oğlu” deyib. Səbəb səfirin İordan çayının qərb sahilindəki yəhudi yaşayış məntəqələrini dəstəkləməsidir.

Bu ifadə dərhal Ağ evin reaksiyasına səbəb olub, Fələstin liderinin işlətdiyi sözün “biabırçılıq və təhqir” olduğu bildirilib.

Prezident Abbasın nifrət ritorikasıyla xalqının həyat keyfiyyətini yaxşılaşdırmaq üçün konkret və praktiki cəhdlər arasında seçim etməsinin, onları sülh və rifaha aparmasının vaxtı çatıb”, – ABŞ-ın Yaxın Şərq elçisi Jason Greenblatt deyib.

ABŞ səfiri David Friedman-ın qərb sahildəki yəhudi məntəqələrini müdafiə etməsinə Abbas belə bir qəzəbli reaksiya göstərib.

İt oğlu deyir ki, onlar öz torpaqlarında məskən salırlar? O özü, ailə üzvləri koloniyada yaşayır. O, Birləşmiş Ştatların Təl Əvivdəki səfiridir. Ondan başqa nə gözləməliydik?” – Abbas deyib.

İsrailin məskunlaşma siyasətini müdafiə edən Friedman ABŞ prezidenti Donald Trump-ın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarının da təbliğatçısıdır. Bu qərar Abbası və digər fələstinliləri qəzəbləndirib.

Friedman özü Abbas-ın dediyinə reaksiyasında sual edib ki, bu, “antisemitizmin, yoxsa siyasi mühakimə göstəricisidir? Bunu şərh etmək mənə düşməz”.