Prezident 16 məktəbin quraşdırılmasına 4 milyon ayırdı

Sizin brauzer HTML5-i dəstəkləmir

Masallıda məktəb bağlanır, valideynlər etiraza qalxır

Prezident İlham Əliyev martın 21-də «Lənkəran, Lerik və Astara rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında» Sərəncam imzalayıb.

Sərəncamla Lənkəran, Lerik və Astara rayonlarında cəmi 860 şagird yerlik modul tipli 16 məktəbin quraşdırılması məqsədilə Təhsil Nazirliyinə 4 milyon 942 min manat ayrılıb.

Sərəncamla 20 şagird yerlik məktəbə 230, 96 şagird yerlik nisbətən böyük məktəbə isə 425 min manat ayrılması nəzərdə tutulur.

Son illər ölkənin cənub rayonundakı bəzi kəndlərdə məktəblər qonşu kəndlərdəki məktəblərə birləşdirilmişdi. Bu onda xərclərin optimallaşdırılması ilə izah edilmişdi.