Müşavirədə dövlət başçısının giriş nitqindən sonra çıxışlar başlayıb.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, «MKT İstehsalat Kommersiya» Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktorunun müavini Rövşən Həsənov və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış ediblər.
Habelə, Biləsuvar rayonundan fermer Fazil Musayevə, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədova, Saatlı rayonundan fermer Nizami Məmmədova, «Meliorasiya və Su Təsərrüfatı2 Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadəyə də söz verilib.
Prezident İ.Əliyev müşavirədə yekun nitqi də söyləyib.
Daha sonra «Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi» haqqında prezidentin sərəncamı oxunub.
Prezident İ.Əliyev fermerlər Fatma Hüseynovaya, Tofiq İsmayılova və Fazil Musayevə 1-ci dərəcəli «Əmək» ordenlərini təqdim edib.
Bərdədə pambıqçılıq müşavirəsi keçirilir
Bu gün, martın 26-da dövlət başçısı İlham Əliyevin sədrliyi ilə Bərdə Mədəniyyət Mərkəzində pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilir.
Xəbəri AZƏRTAC yayıb.
Dövlət başçısı respublika müşavirəsində giriş nitqi söyləyir.
Dünən, martın 25-də prezident İlham Əliyev Bərdə rayonuna səfər etmişdi. O, bu səfər çərçivəsində Yeni Daşkənd-Umudalılar avtomobil yolunun və bəzi obyektlərin yenidənqurmadan sonra açılışında iştirak edib.
Son iki ildə Azərbaycan hakimiyyəti qeyri-neft sektorunda pambıqçılığın inkişafına xüsusi yer verir. Artıq ölkədə pambıq istehsalının artdığı bildirilir. Keçən il ölkədə 207 min ton pambıq istehsal edilib. Bir çox mütəxəssislər isə hesab edirlər ki, ölkədə pambıqçılığın ziyanlı tərəfi də var. Onlar bildirirlər ki, son illər bəzi örüş yerlərində pambıq əkildikdən sonra ölkəyə ət idxalı artıb.