Britaniyanın antidopinq agentliyi ötən həftəsonu haker hücumuna məruz qaldığını, ancaq atletlərin şəxsi informasiyasının oğurlanmadığını bildirir.
Qurum martın 26-da yaydığı bəyanatda haker hücumunun mənbəyini açıqlamayıb.
Amma Rusiyaya bağlı “Fancy Bears” haker qrupu daha öncə bir neçə idman təşkilatının fayllarına nüfuz edə bilib. Buraya Ümumdünya Antidopinq Agentliyi və Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası daxildir.
Daha öncə “Fancy Bears” tərəfindən gerçəkləşdirilmiş haker hücumu britaniyalı atlet Bradley Wiggins-in müalicə məqsədiylə qadağan olunmuş maddədən istifadə etdiyini üzə çıxardı.
Rusiya prezidenti Vladimir Putin dopinqdən müalicə məqsədiylə istifadəni tənqid edib, rusiyalı diplomatlara göstəriş verib ki, dopinqlə bağlı beynəlxalq qaydaları dəyişdirməyə çalışsınlar.