Kreml martın 28-də bildirib ki, prezident Vladimir Putin amerikalı həmkarı Donald Trump ilə sammit keçirməyə hazırdır. Xeyli sayda rusiyalı diplomatın Qərbdən qovulmasına baxmayaraq belə bir açıqlama verilib.
“Bu, Amerika tərəfdən asılıdır, Rusiya tərəfi məsələyə açıq qalır”, – Kremlin sözçüsü Dmitry Peskov mediaya deyib.
Onun sözlərinə görə, Putin və Rusiya tərəf Birləşmiş Ştatlar daxil olmaqla bütün ölkələrlə qarşılıqlı faydalı və etibarlı münasibətlərə hazırdır.
Sözçü deyib ki, Trump-ın Putin-lə görüşə hazır olması barədə Rusiyada məlumat yoxdur.
Martın 4-də Britaniyada keçmiş rusiyalı casus və qızının sinir qazıyla zəhərlənməsinə cavab olaraq azı 28 ölkə rusiyalı diplomatları qovmaq qərarına gəlib.
Londonla müttəfiqləri insidenti görə məsuliyyəti Moskvanın üzərinə qoysalar da, Kreml bunu təkzib edib.