ABŞ prezidenti Donald Trump martın 28-də deyib ki, Şimali Koreya lideri Kim Jong Un onunla görüşü səbirsizliklə gözləyir. Bu, sammitin baş tutacağının əlamətidir.
“Ötən gecə Çin prezidenti Xi Jinping-dən mesaj aldım ki, Kim Jong Un ilə görüşü çox yaxşı keçib və Kim mənimlə görüşü gözləyir”, – Trump Twitter-də yazıb: “Bu arada, təəssüf ki, maksimum sanksiyalar və təzyiq saxlanmalıdır”.
“Görüşümüzü gözləyin!” deyə Trump daha bir tvit yazıb.
Çin martın 28-də Kim-in bu həftə Pekində olduğunu təsdiqləyib.
Bu, Kim-in hakimiyyətdə olduğu müddətdə ilk xarici səfəri idi.