ANS-in yubiley tədbiri də baş tutmadı

ANS televiziyasının noyabrın 26-a təyin etdiyi yubiley təntənələri də təxirə salındı. Buna səbəb kimi sarayın elektrik xəttində yaranan problem göstərilir.

Telekanalın direktoru Fuad Cabbarovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, Heydər Əliyev adına Respublika Sarayının direktoru Fərhad Xəlilov onlara sarayın təmirə dayandırılmasıyla bağlı məktub göndərib. Cənab Xəlilov həmçinin bildirib ki, bir gün əvvəl sarayda keçirilən tədbir zamanı elektrik xətlərində qısaqapanma yaranıb və sarayın işıqlandırma sistemində nasazlıq yaranıb. Həmin problemlərin bir günə aradan qaldırılması mümkün olmadığından, telekanalın 15 illik yubiley konserti qeyri-müəyyən vaxta təxirə salınıb.

Noyabrın 24-də Milli Televiziya və Radio Şurasının qərarıyla ANS telekompaniyasının yayımı da dayandırılıb.