Serbiya parlamenti boşaldılıb

Serbiya parlamentinin binası

Martın 29-da polis Serbiya parlamentini boşaldıb. Səbəb bir kişinin özünü parlament binası qarşısında partlatmaqla hədələməsi olub.

Yerli media həmin şəxsin üstündə bomba və silah olduğunu xəbər verib. Ancaq o, bir saatlıq danışıqlardan sonra təhlükəsizlik əməkdaşlarına təslim olub.

Kişi psixiatrik müayinədən keçməkdən ötrü xəstəxanaya aparılıb.

Təsdiqlənməmiş məlumata görə, o, Serbiya ordusunun keçmiş əsgəridir, özünə aid məhkəmə işinə diqqət çəkmək istəyib.