Fransanın cənubundakı Tuluza şəhəri yaxınlığında bir silahlı mühacirətdə yaşayan azərbaycanlını güllələyərək ağır yaralayıb. “Reuters” informasiya agentliyi polisdəki mənbəyə istinadla hücuma məruz qalanın jurnalist olduğunu yazır.
Rahim Namazov Azərbaycandan Fransaya 2010-cu ildə gedib. Ötən ilin dekabrında YouTube-da yerləşdirdiyi videoda o, Azərbaycan ordusundan əsgərlərə qarşı davranışdan yazdığına görə həbs olunduğunu bildirib.
“Rahim Namazov ölkəsində işgəncəyə məruz qalıb və həbs olunub. O, Fransada siyasi qaçqındır”, – hadisənin baş verdiyi Kolomye şəhərinin meri Karine Michelet-Traval “La Depeche” qəzetinə deyib.
“Bunun hesablaşmadan başqa bir şey olması ağıla gəlmir”, – o əlavə edib.
Michelet-Traval-ın qəzetə bildirməsinə görə, atışma zamanı Namazovun həyat yoldaşı öldürülüb. Yerli prokurorun saat 4-də bəyanat verəcəyi gözlənir.
Azərbaycanın bəzi media orqanları isə Namazovun kriminal avtoritetlərlə əlaqələrinin olduğunu yazır.