Bu gün, martın 31-də Türkiyənin Giresun şəhərində bu ölkənin, Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri görüşüb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlığın perspektivləri, dünyada, regionda cərəyan edən proseslər, bölgədə sülhün, iqtisadi inkişafın təmin olunması məsələləri müzakirə edilib.
Z.Həsənov martın 28-də Türkiyəyə gedib. Səfər müddətində Z.Həsənov Türkiyə prezidenti Erdoğanla, Baş Qərargah rəisi Hulüsi Akarla və milli müdafiə naziri N.Canikli ilə görüşüb.