Telegram FSB-yə rədd cavabı verir

İllüstrativ foto

Telegram mobil əlavəsinin rəhbərliyi Rusiyanın media tənzimləyci orqanı olan Roskomnadzor-a cavab verib. Telegram-a 15 gün vaxt verilib ki, istifadəçilərin yazışmalarının şifrə kodunu FSB-yə verməsə bloklanacaq.

Telegram bildirir ki, Rusiya xüsusi xidmətinin tələbinə əməl olunması texniki baxımdan mümkün deyil. Bu barədə “Agora” beynəlxalq hüquq-müdafiə təşkilatının sədri Pavel Chikov öz Telegram kanalında məlumat yayıb.

Telegram qeyd edir ki, indiki vəziyyətdə serviz administratorunun yazışmaları deşifrə etməyə imkan verəcək informasiyaya çıxışı yoxdur. Messencer iki cür yazışma imkanı verir – “bulud çatları” və “gizli çatlar”. Birinci halda yazışmalar Telegram-ın serverlərində saxlanmır, ikinci halda isə kodlaşdırılmış formada qalır. Bundan başqa, kod açarları tez-tez yenilənir, işlək olmayanlar avtomatik məhv edilir. Telegram-ın bəyanatında belə deyilir.

Roskomndzor Telegram-a xəbərdarlığı martın 20-də göndərib və qoyulmuş vaxt aprelin 4-də bitir. Bundan sonra Roskomnadzor messencerin bloklanmasından ötrü məhkəməyə üz tuta bilər.

Daha öncə Rusiya Ali Məhkəməsi Telegram-ın FSB-yə qarşı məhkəmə iddiasını rədd edib. Telegram təmsilçiləri FSB-nin tələbinin qanunsuzluğunun tanınmasını istəyirdilər. Messencer Rusiya Konstitusiyasına istinad edirdi, burada yazışmaların gizliliyi təmin olunur. Ancaq FSB buna cavabında bildirib ki, messencer istifadəçilərinin yazışmaları informasiya deyil və Konstitusiya ilə qorunmur.