Moskva hakimiyyəti cinsi qısnamaya qarşı etiraza icazə vermir

Leonid Slutsky

Moskva şəhər hakimiyyəti fəalların cinsi qısnamaya qarşı etiraz keçirməsinə icazə verməyib. Etiraz aksiyasının aprelin 3-də Kremlin yaxınlığındakı mərkəzi meydanda keçirilməsi planlaşdırılırdı.

Fəal Alyona Popova aprelin 2-də deyib ki, şəhər hakimiyyəti yürüş təşkilatçılarına həmin vaxtda Manezh meydanında başqa bir ictimai tədbir planlaşdırıldığını bildiriblər.

Fəalların icazəsiz yürüş keçirib-keçirməyəcəyi bəlli deyil.

Nümayiş daha öncə martın 29-na planlaşdırılırdı. Ancaq Sibirin Kemerovo şəhərində 64 nəfərin həyatına son qoymuş yanğına görə matəm saxlandığından ertələndi.

Rusiyada Dövlət Dumasının aparıcı deputatlarından olan Leonid Slutsky-yə qarşı bir neçə qadın jurnalistin cinsi qısnama iddiaları səsləndirməsi qalmaqal yaradıb. Parlament komitəsi onu təmizə çıxarsa, bir sıra media orqanları jurnalistlərinin Dumanın fəaliyyətini işıqlandırmasını dayandırıb.