Bəzi rayonlarda yağış gözlənir

Yağış

Aprelin 6-da Bakı və Abşeron yarımadasında havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Səhər bəzi yerlərdə zəif duman olacağı, cənub-qərb küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 5-7, gündüz 10-15, Bakıda gecə 5-7, gündüz 13-15 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı vurğulanır. Gecə 4-9, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti təxmin edilir.