Baş redaktor böhtanda “şübhəli” bilinir

Marat Asipov

Qazaxıstanda Ratel.kz onlayn xəbər saytının baş redaktoru deyir ki, o, böhtanda şübhəli bilinir.

Marat Asipov aprelin 4-də jurnalistlərə deyib ki, ölkənin kommersiya paytaxtı olan Almatıda müstəntiqlər onu səkkiz saat dindiriblər.

Asipov sosial mediada yazıb ki, Ratel.kz-nın Facebook hesabı bağlanıb.

Martın sonunda məhkəmə Ratel.kz vebsaytının bağlanması haqda qərar çıxarıb.

Aprelin 2-də isə polos bu vebsaytın və Forbes jurnalının yerli ofisində reyd keçiriblər.

Daxili işlər naziri Qalmukhanbet Qasymov-un bildirməsinə görə, reyd “vətəndaş Kakimzhanov”-un şikayətiylə bağlıdır, bu iki media orqanını onun barəsində böhtan yaymaqda suçlayır.

Yerli media yazıb ki, məhkəmə iddiasını keçmiş maliyyə naziri Zeinulla Kakimzhanov qaldırıb. Səbəb həmin media orqanlarının Kakimzhanov və oğlu barəsində korrupsiya iddialarını araşdırmasıdır.