Taliban 30 məktəbi bağlayıb

Arxiv fotosu

Taliban hərbi komandirini hökumət qüvvələri öldürəndən sonra silahlı qruplaşma nəzarətində olan ərazidə azı 30 məktəbi bağlayıb.

Logar vilayət valisinin sözçüsünün məlumatına görə, Taliban vilayətin Çarx rayonunda məktəbləri bağlayıb. Səbəb bu həftənin əvvəlində bir neçə yaraqlısının və komandirlərindən birinin öldürülməsidir.

Ölkə mediası taliban komandiri Mualvi Mohammad-ın ordunun martın 30-da ərazidə keçirdiyi əməliyyatda öldürüldüyünü yazırdı.

Sözçü Salim Saleh deyib ki, Talibanın bu addımı 12 minədək şagirdin dərslərdən kənar qalmasıyla sonuclanıb.

Çarx Kabildən 60 kilometr cənubda yerləşir.

Məktəblər martın 31-dən bağlanıb.