Kanadada 14 hokkeyçi yol qəzasənda həlak olub

Foto arxiv-Kanadada insident

Kanadada hokkeyçilərin avtobusu qəzaya düşüb.

Nəticədə 14 nəfər həlak olub.

Məlumata görə ölənlərin əksəriyyəti “Humboldt Broncos” hokkey klubunun gənclərdən ibarət komandasının oyunçularıdır.

BBC-nin məlumatına görə, yerli “Nipawin Hawks” klubu ilə oyuna gedən avtobus yük maşını ilə toqquşub.

Həmçinin 14 nəfərin hospital götürüldüyüq bildirilir.

Baş nazir Justin Trudeau ölənlərin ailələrinə başsağlığı verib.

Nipavin qəsəbəsindəki kilsədə ölən və xəsarət alanların yaxınları üçün hümanitar mərkəz yaradılıb.

Qəza aprelin 6-sı axşam saat 17 radələrində Saskaçevan əyalətində baş verib.

Hokkeyçilərin 16-21 yaş arasında olduqları bildirilir.