Pravoslavlar Pasxa bayramını qeyd edir

Bak;da Pasxa

Bu gün, aprelin 8-də pravoslavlar Pasxa bayramını qeyd edir.

Pasxa xristian inancında müqəddəs dini bayramdır və İsa peyğəmbərin dirilişinə həsr edilib.
Bütün dünyada olduğu kimi, Azərbaycanda yaşayan xristianlar da bu bayramı tənənə ilə keçirir.

Pasxa xristianların ən qədim, mühüm və sevimli bayramlarından biri sayılır. El arasında ona qızıl yumurta bayramı da deyilir.

Pasxa Günü - İsa Məsihin Dirilməsi bayramı bu il pravoslav təqvimi ilə aprelin 8-də qeyd edilir. Ənənəyə görə, dindarlar bayram ərəfəsindəki cümə axşamı səhər kuliç (pasxa çörəyi) bişirir, axşam başqa hazırlıqlar görür, şənbə günü onları kilsəyə aparır, şənbə günündən bazar gününə keçən gecə isə Pasxanın və İsanın Dirilməsi bayramının başlanmasını bildirən Xaç yürüşü edirlər.

Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasını təbrik edib.