Macarıstanda parlament seçkisi keçirilir

Foto arxiv

Macarıstanda parlament seçkisi keçirilir.

Agentliklərin məlumatına görə, Viktor Orban-ın rəhbərlik etdiyi hakim millətçi FİDES partiyası 50 faizə yaxın səs toplaya bilər.

Bu partiya miqrantlara qarşıdır.

Əgər belə olsa, Viktor Orban 3-cü müddətə baş nazir seçiləcək.

Seçkidə 5 siyasi partiya və hərəkat, həmçinin kiçik partiyalar iştirak edir.

FİDES və “Xristian-Demokrat Xalq Pariyası”-nın şansları daha çoxdur.

Seçkidə həmçinin “Yaxşı Macarıstan uğrunda hərəkat”, sosialistlərlə “Macarıstan naminə dialoq” partiyalarının bloku, “Yaşıllar”, “Siyasət fərqli ola bilər” və “Demokratik kolaisiya” partiyaları iştirak edirlər.

Viktor Orban 1998-2002-ci illərdə də baş nazir olub.

Amma ictimai rəy sorğularına görə, FİDES partiyasının bu yaxınlarda bələdiyyə seçkilərində uğursuzluğu, onun parlamentdə 2/3 səs çoxluğu ilə əksəriyyət qazanacağını şübhə altında qoyur.