Medvedev deyir, Rusiya sanksiyaların öhdəsindən gələcək

Dmitry Medvedev

Rusiyanın baş naziri Dmitry Medvedev deyir ki, ölkə ABŞ-ın son sanksiyalarının öhdəsindən gələcək. Bu arada rubl artıq üçüncü gündür dollara qarşı ucuzlaşır.

Şübhəsiz, bu təzyiqin öhdəsindən gələcəyik. Bunu öyrənmişik”, – Medvedev aprelin 11-də Dövlət Dumasındakı illik çıxışında deyib.

Günün sonunda bütün bu hərəkətləri iqtisadiyyatımızın xeyrinə çevirəcəyik. Antirusiya siyasəti aparanları unutmayacağıq”, – o söyləyib.

Aprelin 11-də rus valyutası 1,4 faiz ucuzlaşıb, bir dollar 63,9 rubla dəyişdirilib. Rubl bundan öncə 2,7 faizlik düşüş yaşamışdı.

ABŞ Maliyyə Nazirliyi aprelin 6-da yeni sanksiyalar elan edib.

Prezident Vladimir Putin-in sözçüsü də rublun ucuzlaşmasını “emosional, spekulyativ fenomen” adlandırıb.