Azərbaycan Respublikasında 11 aprel 2018-ci il növbədənkənar prezident seçkiləri məhdudlaşdırıcı siyasi mühitdə və həqiqi demokratik seçkilərin keçirilməsi üçün ilkin tələb hesab edilən əsas hüquqlar və azadlıqları məhdudlaşdıran hüquqi çərçivədə baş vermişdir. Bu kontekstdə və plüralizmin, o cümlədən mediada olmadığı şəraitdə, bu seçkilərdə həqiqi rəqabət olmamışdır. Digər namizədlər vəzifədə olan prezidentə qarşı birbaşa əks mövqe nümayiş etdirməkdən və ya onu tənqid etməkdən çəkinmişlər. Vəzifədə olan prezidentin kampaniyası ilə onun rəsmi fəaliyyətləri arasında heç bir fərqqoyulmamışdır. Eyni zamanda, hakimiyyət orqanları əməkdaşlığa açıq olmuş və beynəlxalq müşahidəçilər seçkiyəqabağı müddətdə sərbəst şəkildə fəaliyyət göstərə bilmişlər. Seçki administrasiyası yaxşı təmin olunmuş və seçkiləri effektiv hazırlamışdır.
Seçki günü beynəlxalq müşahidəçilər icrası mütləq olan prosedurların geniş miqyasda nəzərə alınmaması, şəffaflığın olmaması və seçki qutularına topa halda bülletenlərin atılması kimi çox sayda ciddi pozuntu faktları haqqında məlumat vermişlər. Namizədliyi dominantlığını saxlayan YAP tərəfindən irəli sürülmüş hazırda vəzifədə olan prezident də daxil olmaqla bu seçkidə səkkiz namizəd iştirak etmişdir. Bəzi müxalifət partiyaları seçkini boykot edərək onun rəqabətsiz mühitdə keçirildiyini iddia etdikləri halda, digər partiyalar seçkilərdə ümumiyyətlə iştirak etməmiş və bildirmişlər ki, növbədənkənar seçki tarixinə qədər olan qısa müddət onların bu seçkilərdə mənalı şəkildə iştirak etmələri üçün kifayət etmir.
Bu, 2016-cı ildə edilmiş və prezidentin səlahiyyətlərini daha da artırmış konstitusiya düzəlişlərindən sonra ilk prezident seçkisi olmuşdur. Seçkilər ilə əlaqədar konstitusiyada təmin olunmuş bir sıra əsas hüquq və azadlıqlar təcrübədə hüquqi və inzibati qadağalara məruz qalır, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) də bu hal ilə bağlı eyni nəticəyə gəlib. Seçki Məsəlləsi müfəssəldir və yaxşı tərtib olunub. Mərkəzi Seçki Komissiyası (MSK) əlavə qaydalar qəbul etsə də, onlar seçkinin bütün prosedur aspektlərini əhatə etməmişdir. DTİHB-in bir neçə əvvəlki tövsiyyəsi nəzərə alındığı halda, DTİHB və Venesiya Komissiyasının prioritet tövsiyyələrinin heç birinə toxunulmamışdır.
Seçki administrasiyası bütün səviyyələrdə yüksək təşkil olunmuş və yaxşı təmin edilmiş təəssüratı bağışlayır. Seçki komissiyalarını təyin etmək üçün mövcud olan formula seçki administrasiyasının qərəzsizliyini AİHM-nin presedent hüququ ilə müəyyən olunan qaydada təmin etmir, çünki komissiya üzvlərini təyin edən parlamentdəki üç qrup arasında heç bir siyasi fərq yoxdur. MSK mütəmadi ictimai iclaslar keçirmişdir ki, bu iclasların da heç birində müxalif və ya mübahisəli fikirlər səsləndirilməmişdir və üzvlərin əksəriyyəti müzakirələrdə iştirak etməmişdir. MSK və Dairə Seçki Komissiyaları (DSK) tərəfindən qərar qəbul etmə prosesi tam şəffaf olmamışdır, belə ki, onların iclaslarının protokolları ictimaiyyətə açıq olmamışdır.
MSK seçici fəallığını artırmaq məqsədilə geniş ictimai məlumatlandırma kampaniyası keçirmişdir. MSK-ın idarə etdiyi daimi seçici reyestrində təxminən 5.2 milyon seçici qeydiyyata alınmışdır. Seçicilər öz qeydlərini yoxlamaq üçün geniş imkanlar ilə təmin olunmuşdular və düzəlişlərin aparılmasını tələb edə bilərdirlər. Dövlət orqanları tərəfindən verilən məlumatlar onu göstərir ki, qeydiyyata alınmış seçicilərin sayı səsvermə yaşında olan vətəndaşların təxmini sayından təqribən iki milyon azdır və bu, rəqəmlərdəki dəqiqliklə bağlı suallar yaradır. Beynəlxalq standartlara zidd olaraq, məhkəmə qərarı ilə fəaliyyət qabiliyyəti olmayan şəxslərin səs vermək hüququ yoxdur.
Qeydiyyatdan keçmək üçün namizədliyi irəli sürülmüş şəxslər ən azı 40,000 dəstəkləyici imza toplamalı idi. Qanun dəstəkləyici imzalar ilə əlaqədar MSK tərəfindən aşkar olunmuş səhv və çatışmazlıqları aradan qaldırmaq üçün namizədlərə imkan yaaratmır. MSK səkkiz namizədi qeydiyyata almışdır. Komissiya iki namizədliyi irəli sürülmüş şəxsi qeydiyyata almamış və bildirmişdir ki, kifayət qədər təkrarlanan və ya etibarsız imzalar təqdim etdikləri üçün onların lazımi qədər dəstəkləyici imzaları yoxdur. Dəstəkləyici imzaların yoxlanması MSK işçi qrupu (İQ) tərəfindən seçirilmişdir və imza qeydlərinin və şübhəli təkrarlanan qeydlərin vizual yoxlanmasından ibarət olmuşdur. İQ prosesin texniki cəhətdən adekvat və səmərəli olduğunu aydın şəkildə göstərə bilməmişdir. Yoxlama prosesindəki çatışmazlıqların Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü Maddəsi, 1 saylı Protokoluna zidd olması AİHM tərəfindən daha əvvəl aşkar olunmuş və 1990-cı il ATƏT Kopenhagen Sənədinin 7.4-cü paraqrafı ilə potensial ziddiyyət təşkil etmişdir.
Ümumiyyətlə kampaniya məhdud ictimai maraq və iştiraka səbəb olmuşdur. YAP-ın hazırkı prezidentin xeyrinə apardığı kampaniya yaxşı təşkil və təmin olunmuşdur. Prezident özü təşviqat
kampaniyası aparmamağı qərara almış, lakin öz vəzifəsində ölkə üzrə səfərlər etmiş və çoxlu yüksək səviyyəli xarici nümayəndələri qəbul etmişdir. Digər yeddi namizədin kampaniyası məhdud olmuş və regional strukturların və resursların olmaması əngəl təşkil etmişdir. Bu namizədlərdən heç biri hazırkı prezidentə və ya onun siyasətlərinə qarşı çıxış etməmiş və ya fərqli siyasi alternativ irəli sürməmişdilər. Qadağanedici siyasi mühit nəticədə və şəraitində namizədlərin heç biri vəzifədə olan prezidentə qarşı açıq müxalif mövqe sərgiləməmiş və onu tənqid etməmiş və bununla da bu seçkidə həqiqi rəqabət olmamışdır.
Dövlət sektorunda çalışan əməkdaşların və universitet tələbələrinin YAP-ın təşviqat tədbirlərində iştirak etməyə məcbur edildiyi hallar və iştirak edən şəxslərin könüllü olaraq tərk etmələrinin qarşısının alındığı bir neçə YAP tədbiri haqqında DTİHB SMM-ə məlumat verilmişdir. Seçicilərə qarşı bu cür təzyiq kampaniyanın 1990-cı il ATƏT Kopenhagen Sənədinin 7.7-ci paraqrafının müəyyən etdiyi qaydada ədalətli və azad mühitdə keçirilməsi ilə bağlı şübhələr yaratmışdır.
Prezidentliyə namizədlərə öz kampaniyalarını yalnız şəxsi fondlardan və ianələrdən maliyyələşdirməyə icazə verilir. Kampaniyanın maliyyəsinə MSK nəzarət edir; namizədlər kampaniya maliyyə hesabatları təqdim etməlidirlər. Bu hesabatlar MSK tərəfindən yoxlana bilər. MSK qanunla tələb olunan qaydada namizədlərin hesabatlarını dərc etmişdir. Yoxlamanın nəticələrini nəşr etmək üçün heç bir qanuni tələbin olmamasıkampaniya maliyyəsinin şəfaflığını məhdudlaşdırır.
Mətbuat mühiti ifadə və söz azadlığına çətinliklər yaradan və vebsayt və sosial media məzmununa da şamil olunan son dərəcə məhdudlaşdırıcı hüquqi çərçivəsi ilə xarakterizə olunur. Diffamasiyanın həbs ilə cəzalandırılan cinayət əməli olması və prezidentin diffamasiyasına görə əlavə cəzaların mövcudluğu faktı siyasi təşviqat kampaniyası üçün əsas olan ifadə azadlığını daha da məhdudlaşdırır. Qanunla tələb olunan qaydada, ictimai yayım şirkəti pulsuz efir vaxtı ayırmışdır ki, bu da əsasən televiziya və radioda dəyirmi masalar üçün istifadə olunmuşdur. DTİHB SMM-in müşahidə apardığı bütün televiziya stansiyaları öz xəbər buraxılışlarının böyük hissəsini hakimiyyətə və onun fəaliyyətinə həsr etmişdir.
Hökumətin siyasətlərini tənqidi təhlil edən yayım şirkəti və ya çap mediası olmadığı üçün səlahiyyətli orqanların fəaliyyəti ilə bağlı xəbərlərdə müxalif fikirlər olmamışdır. Siyasi verilişlərin əksəriyyəti vəzifəsini icra edən hazırkı prezidentə həsr edildiyi halda, bütün digər namizədlərə vaxtın çox az bir qismi ayrılmışdır.
Seçki mübahisələrinə seçki komissiyaları və məhkəmələr tərəfindən baxılır. Seçki gününə qədər seçki komissiyalarına və ya məhkəmələrə heç bir şikayət daxil olmamışdır; bir neçə BSMM müsahibi xüsusilə bildirmişdir ki, onlar seçki komissiyalarının və məhkəmələrin onların şikayətlərinə qərəzsiz və peşəkar şəkildə baxacaqlarına inanmadıqları üçün şikayət etməyəcəklər, bu hal həmçinin AİHM-in son qərarlarında öz əksini tapır. . Rəsmi şikayətlərin olmadığını nəzərə alaraq, BSMM bu sistemin səmərəliliyini və müstəqilliyini və təcrübədə seçici hüquqlarının pozulmasına qarşı adekvat və effektiv vasitə olduğunu qiymətləndirmək imkanına sahib deyildir.
BSMM müşahidəçiləri sərbəst və qadağalarsız fəaliyyət göstərə bilmişdir. MSK-nın məlumatına görə, ümumilikdə 58,175 yerli müşahidəçi qeydiyyata alınmışdır ki, onlardan 4,041 müşahidəçi QHT-lər tərəfindən akkreditasiya olunmuşdur. Bəzi BSMM müsahibləri qeyd etmişdir ki, hökumət və seçki
administrasiyası tərəfindən yaradılan maneələr vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyət imkanlarını məhdudlaşdırır. Tanınmış bir vətəndaş müşahidəçi təşkilatı olan Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi 2008-ci ildən bəri qeydiyyatsız qalmaqdadır və təşkilatın könüllüləri fərdi qaydada qeydiyyatdan keçməli olmuşlar, bəziləri çətinliklərlərlə üzləşərək.
Seçki günü ərzində BSMM müşahidəçiləri bildirmişlər ki, MnSK-lar mütləq icra olunması zəruri olan prosedurları yerinə yetirməmişlər. BSMM müşahidəçiləri müşahidə aparılmış seçki məntəqələrində 138 açılış prosesinin 23-nü mənfi qiymətləndirmişdir, çünki çox vaxt alınmış bülletenlərin sayı lazımi qaydada müəyyən olunmamış və ya bülleten qutuları təhlükəsizlik məqsədilə düzgün möhürlənməmişdir. Müşahidə aparılmış seçki məntəqələrinin 12 faizində səsvermə mənfi qiymətləndirilmişdir ki, bu da çox yüksək rəqəm hesab olunur. Proses müşahidə aparılmış əksər seçki məntəqəsində ümumilikdə normal və qaydasında olsa da, BSSM müşahidəçiləri bildirmişlər ki, MnSKlar çox vaxt əsas prosedurlara əməl etməmiş, şəffaflığı təmin etməmiş və müşahidəçilərin işinə əngəl törətmişdir. Müşahidəçilər çox vaxt seçki qutusuna topa bülleten atılması, seçici siyahılarında olan bir sıra zahirən oxşar imzaların olması və qrup şəklində, başqasının yerinə səs vermə və təkrar səs vermə faktlarının olduğunu bildirmişlər. Çox müşahidəçilərə seçici siyahılarına baxmağa icazə verilməmişdir.
BSMM müşahidəçiləri müşahidə aparılmış səs sayılması proseslərinin yarıdan çoxunu əsasən müəyyən olunmuş prosedurlara açıq-aydın əməl olunmaması ilə yanaşı MnSK-ların rəqəmləri lazımi qaydada uzlaşdırmasına imkan verməyən məqsədyönlü saxtalaşdırmalar (17 fakt) səbəbindən mənfi qiymətləndirmişdir. Prosedurların çox vaxt buraxıldığına baxmayaraq, tabulyasiya ümumilikdə üsbət qiymətləndirilmişdir. MSK seçici iştirakının 74.5 faiz olduğunu bəyan etmişdir. Komissiya 12 aprel saat təxminən 02:00 radələrində əksər seçki məntəqələrindən alınmış ətraflı ilkin seçki nəticələrini dərc etmişdir.
İLKİN FAKTLAR
Qısa İcmal və Siyasi Kontekst
5 fevral 2018-ci ildə prezident İlham Əliyev 11 aprel tarixində növbədənkənar president seçkilərinin
keçiriləcəyini elan etdi. Azırbaycan Respublikasında president idarəetmə sistemi mövcuddur və bu sistemdə prezident parlament ilə müqayisədə geniş konstitusional səlahiyyətlərini həyata keçirir.
Prezident nazirlər kabinetini təyin edir və ona sədrlik edir və vitse-prezidentləri, eləcə də mərkəzi və yerli icra hakimiyyəti orqanlarını təyin edir. Prezident həmçinin Konstitusiya Məhkəmisinin, Ali Məhkəmənin və Apelyasiya Məhkəməsinin hakimlərinin və Baş Prokurorun namizədliyini irəli sürür və bunlar da parlament tərəfindən rəsmi olaraq təyin edilir. Avropa Şurasının Avropa Hüquq vasitəsilə Demokratiya Komissiyası (Venesiya Komissiyası) belə nəticəyə gəlmişdir ki, vəzifədə olan prezidentə növbədənkənar prezident seçkiləri təyin etməyə icazə verən müddəa demokratik standartlara uyğun deyildir.
Növbədənkənar seçki parlamentdə əksəriyyətə sahib olan hakim Yeni Azərbaycan Partiyasının (YAP) üstün olduğu bir siyasi mühitdə keçirilmişdir. Prezident İlham Əliyev, YAP-ın sədri, dördüncü dəfədir ki, prezidentliyə namizəd olmuşdur. Partiyadan DTİHB SMM-ə bildirilmişdir ki, prezident seçkisi 2025-ci ildə keçiriləcək prezident və parlament seçkilərinin üst üstə düşməməsinin qarşısını almaq üçün irəli çəkilmişdir.
Bəzi müxalifət partiyaları seçkinin rəqabətsiz mühitdə keçirildiyini əsas tutaraq və vətəndaşların ictimai həyatda iştirakı ilə əlaqədar məhdudiyyətlərin olduğunu göstərərək, seçkini boykot etmişlər. Digər partiyalar öz namizədlərini irəli sürməmək qərarı vermiş və bildirmişlər ki, növbədənkənar seçki tarixinə qədər olan müddət onların bu seçkilərdə lazımi səviyyədə iştirak etmələri üçün yetərli deyildir. Aparıcı YAP nümayəndələri göstərilən bu səbəblərə etiraz etmiş və bildirmişlər ki, bütün siyasi partiyalar seçkilərin 2018-ci ildə keçiriləcəyini bilirdilər. Onlar da iddia etmişlər ki, müxalifətin seçkiləri boykot qərarı onların məhdud ictimai dəstəyə sahib olmaqları ilə bağlıdır. Bir neçə müsahib qeyd etmişdir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına baxmayaraq, hələ də həbsdə olduğu üçün İlqar Məmmədovun bu prezident seçkilərində namizəd kimi iştirakının qarşısı alınmışdır.
Qadınlar və kişilər arasında hüquqların bərabərliyi Konstitusiya və qanun ilə təmin olunur. Siyasi həyatda qadınların iştirakını artırmaq üçün heç bir xüsusi hüquqi tədbirlər görülmür. Az sayda istisnalar ilə, qadınlar siyasi və ictimai həyatda çox aşağı səviyyədə təmsil olunurlar, parlamentdən 125 yerdən
21-ni qadınlar tutur, 14 dövlət komitə sədrindən biri qadındır və nəhayət Nazirlər Kabinetində heç bir qadın nazir yoxdur.
Hüquqi Çərçivə və Seçki Sistemi
Konstitusiyada əsas hüquqlar və azadlıqlar, o cümlədən toplaşma, ifadə, birləşmə və informasiya əldə etmək azadlığı, eləcə də siyasi həyatda iştirak etmək hüququ təmin olunur. Konstitusiyada həmçinin gizli səsvermə yolu ilə ümumi, bərabər və birbaşa seçki hüququna təminat verilir. Bu konstitusional təminatlar əslində Cinayət Məcəlləsinin müddəaları, xüsusilə diffamasiya ilə əlaqədar müddəalar və toplaşma, ifadə və birləşmə azadlıqlarının hüquqi və inzibati qaydada digər qadağaları ilə məhdudlaşdırılır, bu hal həmçinin AİHM tərəfindən qeyd olunur. Vətəndaş cəmiyyəti təşkilatlarının, o cümlədən seçki müşahidəsinə cəlb olunmuş şəxslərin fəaliyyət göstərə biləcəyi sahə, xaricdən maliyyələşmə ilə bağlı qanunlar da daxil olmaqla, məhdudlaşdırıcı qanunvericilik ilə getdikcə daha da daralır.
Prezident seçkiləri əsasən 1995-ci il Konstitusiyası (ən son 2016-cı ildə düzəliş olunub) və bütün seçkiləri və referendumları nizamlayan müfəssəl 2003-cü il Seçki Məcəlləsi (2013 və 2017-ci illərdə düzəliş olunub) ilə tənzimlənir.8 Seçki Məcəlləsi müfəssəldir və yaxşı tərtib olunub. Seçki Məcəlləsini tətbiq etmək və daha da aydın etmək üçün Mərkəzi Seçki Komissiyası (MSK) bir çox qayda və təlimatlar dərc edir.9 Azərbaycan demokratik seçkilərin keçirilməsinə dair əsas beynəlxalq və regional sazişlərin üzvüdür.10 DTİHB-nun bir neçə əvvəlki tövsiyyələri qismən nəzərə alınsa da, DTİHB və Venesiya Komissiyasının prioritet tövsiyyələrindən heç birinə toxunulmamışdır.
Ən son konstitusiya düzəlişləri prezident tərəfindən təklif olunmuş və 2016-cı ildə keçirilmiş referendum ilə qəbul edilmişdir. Həmin düzəlişlər prezidentə xüsusi şərtlər müəyyən etmədən növbədənkənar prezident seçkiləri elan etmək səlahiyyəti verir və prezident tərəfindən təyin olunan və azad edilən və prezident istefa verdikdə yaxud öz vəzifəsini icra edə bilmədikdə, onu əvəz edə biləcək seçilməyən vitse-prezidentlər vəzifəsi müəyyən etdi.11 2017-ci ilin fevral ayında prezident öz həyat yoldaşı Mehriban Əliyevanı birinci vitse prezident təyin etdi. Konstitusiyaya düzəliş etmək təşəbbüsü müxalifət partiyaları və vətəndaş cəmiyyəti tərəfindən müqavimətlə qarşılandı, onlar iddia edirdilər ki, bu dəyişikliklər prezidentə həddən artıq geniş səlahiyyətlər verir. Düzəlişlər və onların qəbul olunduğu proses həm də bir neçə beynəlxalq insan hüquqları təşkilatının narahatlığına səbəb olmuşdur.
President ümumxalq səsverməsi yolu ilə minimum seçici iştirakı tələbi olmadan verilən səslərin mütləq çoxluğu ilə yeddi il müddətinə birbaşa seçilir. Əgər heç bir namizəd tələb olunan əksər səs çoxluğunu əldə etməzsə, ən çox səs toplamış iki namizəd arasında birinci turdan sonrakı ikinci Bazar günü ikinci tur keçirilir.
Seçki Administrasiyası
Prezident seçkisi MSK, 125 Dairə Seçki Komissiyası (DSK) və 5,426 Məntəqə Seçki Komissiyasından (MnSK) ibarət üç səviyyəli seçki administrasiyası tərəfindən həyata keçirilir.13 Bütün seçki komissiyaları 2016-cı ildə müəyyən olunmuş cari tərkibdə olmaqla beş il müddətinə təyin olunan daimi orqanlardır. MSK üzvləri parlament tərəfindən seçilir, DSK üzvləri MSK tərəfindən təyin olunur, MnSK üzvləri isə müvafiq DSK-lar tərəfindən təyin olunur. 18 MSK üzvündən üçü qadındır, həmçinin iki katibdən biri də qadındır. DSK və MnSK səviyyələrində üzvlərin uyğun olaraq 17 və 36 faizi qadındır. 125 DSK-dan yalnız 2-nə qadınlar sədrlik etdiyi halda, MnSK-ların sədrlərinin təxminən yarısı qadınlardır.
Qanunla bütün seçki komissiyalarının tərkibi parlamentdəki siyasi qüvvələrin təmsilçiliyini əks etdirir:
parlamentdəki əksəriyyət, azlıq (parlamentdə təmsil olunan digər siyasi partiyalar olaraq müəyyən edilir) və müstəqil namizədlər kimi seçilən parlament üzvləri tərəfindən təyin olunan deputatlar üçün üç bərabər kvota saxlanır. Seçki komissiyalarını təyin etmək üçün istifadə olunan formula reallıqda qərəzsiz seçki administrasiyasını təmin etmir, çünki komissiya üzvlərini təyin edən parlamentdəki üç qrup arasında siyasi baxımdan heç bir fərq yoxdur, bu hal həmçinin AİHM-nin presedent hüququ ilə təsdiqlənir.
14 Bundan əlavə, bütün komissiyaların sədrləri qanunla parlamentdə əksəriyyətin təyin etdiyi şəxslər olur. Əksər namizədlər seçki administrasiyasının işinə etibar etidklərini bildirdikləri halda bəzi müxalifət partiyaları seçkini boykot etmək haqqında verdiyi qərarın səbəblərindən biri kimi seçki administrasiyasına olan inamsızlığı qeyd etdilər.
MSK ümumilikdə seçkilərin keçirilməsi üçün məsul olan orqandır və geniş mandata malikdir.15 MSK tələb olunduqda, iclaslar keçirmişdir. Belə iclaslara mütəmadi olaraq DTİHB SMM dəvət olunmuşdur və həmçinin mətbuat və bəzi namizəd nümayəndələri belə tədbirlərdə yaxından iştirak etmişdir. DTİHB SMM-in müşahidə apardığı MSK iclaslarında heç bir müxalif və ya mübahisəli fikirlər
səsləndirilməmişdir və üzvlərin əksəriyyəti heç bir müzakirədə iştirak etməmişdir. Bu müşahidə olunan iclaslar yalnız qərarları formal olaraq yekdil səs ilə təsdiq etməyə xidmət etmişdir.
Bir çox DSK öz qərarlarını bildiriş lövhələrində dərc etmək öhdəliyini yerinə yetirdiyi halda, DTİHB SMM-in müşahidə apardığı DSK-ların ən azı dörddə biri bunu etməmişdir. DSK-ların işinin şəffaflığını məhdudlaşdıran bir fakt da ondan ibarət idi ki, DSK iclasları çox zaman planlaşdırılmamış şəkildə çağrılmış və DSK qərarları onlayn dərc olunmamışdır.16 MSK və DSK iclaslarının protokolları nəşr edilməmişdir, çünki bu, qanunla tələb olunmur.
Ümumiyyətlə, seçki administrasiyası seçkini qanunla müəyyən olunmuş müddətləri gözləməklə bütün səviyyələrdə çox yaxşı təşkil olunmuş və yaxşı təmin edilmiş təəssüratı yaratmışdır. Seçkilərə hazırlıq zamanı MSK əsas diqqəti seçki günü prosedurlarına, o cümlədən nəticələrə dair protokolların tamamlanmasına verməklə DSK və MnSK-lar üçün təlimlər təşkil etmişdir. Bundan əlavə, seçki günü növbədə olan hüquq-mühafizə orqanlarının nümayəndələri üçün təlimlər keçirilmişdir. DTİHB SMM müşahidəçiləri bu təlimlərin peşəkar səviyyədə keçirildiyi qeyd etmişdir..
Əvvəlki seçkilərdə olduğu kimi, şəffaflığı artırmaq və uzaqdan müşahidəyə imkan vermək məqsədi bildirilməklə, səsvermə və səslərin sayılması prosesini yayımlamaq və qeydə almaq üçün MSK təxminən 1,000 seçki məntəqəsində veb kameralar quraşdırmışdır. MSK bir çox hallarda görüşlərdə və iclaslarda səsin gizliliyinin lazımi səviyyədə olmaması ilə bağlı narahatlıqları aradan qaldırmağa cəhd etmişdir.
MSK seçici fəallığını artırmaq məqsədilə geniş ictimai məlumatlandırma kampaniyası keçirmiş, məlumat posterləri paylamış və seçkiyə qədərki müddət ərzində yayımlanmış televiziya və radio verilişləri təqdim etmişdir. Bununla belə, kampaniyanın əsas məqsədi seçicilərə onların hüquqları haqqında məlumat vermək olmamışdır.
Səlahiyyətli orqanlar əlilliyi olan insanların səs verməsini asanlaşdırmaq üçün müəyyən tədbirlər görmüşdür. MSK-dan BSMM-ə bildirilmişdir ki, komissiya görmə qabiliyyəti pozulmuş olan seçicilər üçün “Braille” trafareti təmin edib və fiziki əlilliyi olan seçicilərin səs vermə üçün qeydiyyata alındığı 1,455 seçki məntəqəsinin hamısında keçidlər quraşdırılıb. Bütün seçki bülletenləri, protokollar və digər rəsmi seçki materialları, eləcə də seçici maarifləndirmə və məlumatlandırma materialları məhz Azərbaycan dilində hazırlanmışdır.
Seçici Qeydiyyatı
Məhkəmə qərarı ilə fəaliyyət qabiliyyətsizliyi elan olunmuş şəxslər istisna olmaqla, 18 və yuxarı yaşda olan bütün vətəndaşların seçki günü səs vermək hüququ var. Əqli çatışmazlıq səbəbi ilə səs vermək hüququndan məhrum edilmə beynəlxalq öhdəliklərə və standartlara uyğun deyildir və BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiyanın 12 və 29-cu Maddəsinə və ATƏT 1990-cı il Kopenhagen sənədinin 7.3-cü paraqrafına ziddir. Vətəndaşlardan əlavə, Azərbaycan ərazisində ən azı son beş il ərzində yaşamış olan vətəndaşlığı olmayan şəxslərin səs vermək hüququ var. Seçici siyahıları MSK tərəfindən idarə olunan inteqrə olunmuş ümumi seçici reyestrindən çıxarılmışdır. Qanunla MnSK-lar hər ilin may ayının 30-a qədər, eləcə də seçki gününə 25 gün qalmış siyahıları yeniləyir. Bundan əlavə, MSK və DSK-lar icra hakimiyyəti orqanlarının müxtəlif yerli şöbələrindən vətəndaşlar haqqında məlumatlarda aylıq yenilənmələri əldə etmək praktikasına malikdir. MSK və DSK-lardan verilən məlumata görə, bu təcrübə seçici reyestrinin dəqiqliyini artırsa da, bu, mövcud qaydalarda öz əksini tapmayıb və bu da öz növbəsində prosesin şəffaflığını və hesabatlılığını məhdudlaşdırır. MSK-dan BSMM-ə bildirilmişdir ki, daimi seçici reyestrində ümumilikdə 5,192,063 seçici qeydiyyata alınıb. Bunun 335,422 nəfəri məcburi köçkünlərdir ki, onlar da səs vermək üçün 10 DSK daxilində olan 510 MnSK-da qeydiyyata alınmışdır. Seçicilər seçici siyahılarında özlərinə aid olan məlumatları yoxlamaq üçün geniş imkanlar ilə təmin olunmuşdur. Onlar seçici siyahılarını onlayn alətlər vasitəsilə və ya MSK-nın qaynar xətti vasitəsilə yoxlaya bilərlər. MSK məntəqələr üzrə daimi seçici siyahılarını tam olaraq onlayn nəşr etmişdir. Seçici siyahılarından ilkin çıxarışlar ilə ətraflı tanış olma üçün 7-17 mart aralığında MnSK-larda nümayiş etdirilmişdir. Həmin vaxt seçicilər həmçinin öz məlumatlarını şəxsən yoxlaya və düzəlişlərin edilməsini tələb edə bilərdirlər. Aprel ayının 8-ə kimi seçicilər onlara ölkədə istənilən seçki məntəqəsində səs verməyə imkan verən qeydiyyatdan çıxma vəsiqələrini (QÇV) tələb edə bilərdilər. MSK-nın məlumatına görə ümumilikdə 150,000 QÇV çap olunub ki, bunun da 20,000-dən çoxu qanunla müəyyən olunmuş son tarixə qədər seçicilərə verilmişdir.
Dövlət orqanları tərəfindən verilən məlumatlar onu göstərir ki, siyahılarda olan seçicilərin sayı səsvermə yaşında olan vətəndaşların təxmini sayından təqribən iki milyon azdır və bu da rəqəmlərin dəqiqliyi ilə bağlı suallar yaradır. Qanunla vətəndaşlar öz daimi yaşayış yerlərinin məntəqə daxilində olunduğunu sübut edən sənəd təqdim edə bilsələr, onlar MnSK-nın qərarı ilə seçki günü səs vermək üçün qeydiyyatdan keçə bilər. İnklusiv olmasına baxmayaraq, seçki günü DSK-lar tərəfindən seçicinin qeydiyyata alınması beynəlxalq yaxşı təcrübəyə uyğun deyil.
Namizədlərin Qeydiyyatı
Prezidentliyə namizəd olmaq hüququ Azərbaycanda ən azı 10 il daimi yaşamış, ali təhsili olan, ikili vətəndaşlığı olmayan və başqa dövlətlər qarşısında heç bir öhdəliklər daşımayan və ya əvvəllər ağır cinayətə görə məsuliyyətə cəlb edilməmiş seçicilərə verilir. Yaşayış yeri və təhsil tələbləri əsassız olaraq məhdudlaşdırıcı təsirə malikdir və beynəlxalq öhdəliklərə və yaxşı təcrübəyə ziddir.
İddialı şəxsin namizədliyi özü və ya qeydiyyata alınmış siyasi partiyalar (yaxud koalisiyalar) və yaxud seçici qrupları tərəfindən irəli sürülə bilər. Qeydiyyata alınmaq üçün irəli sürülmüş namizədlər qeydiyyatlı seçicilərdən ən azı 40,000 dəstəkləyici imza toplamalı idilər. Təqdim olunmuş imzaları yoxlamaq üçün MSK-nın yeddi gün vaxtı olmuşdu. Müəyyən olunmuş səhvlər etibarlı imzaların sayını tələb olunan saydan azaltdıqda, qanun namizədlərin çatışmazlıqları aradan qaldırmaq imkanının olmasını nəzərdə tutmur. Bundan başqa, hər hansı seçici yalnız bir namizədi dəstəkləmək üçün imza edə bilərdi ki, bu da siyasi plüralizmin məhdudlaşdırılması kimi görünə bilər. Bu qaydaların kombinasiyası potensial namizədlikər üçün əngəl ola bilər.
Namizədlərin qeydiyyatı müddəti mart ayının 12-ə kimi davam etmişdir. On beş potensial namizəd irəli sürülmüşdür ki, onlardan da onu dəstəkləyici imzalar təqdim etmişdir. Martın 17-ə kimi MSK hamısı kişi olmaqla səkkiz namizədi qeydə almışdır. MSK iki namizədi qeydiyyata almamış və bildirmişdir ki, onlar kifayət qədər çox sayda təkrarlanan və ya etibarsız imzalar təqdim etmişlər və bu, hər iki halda imza sayının 40,000 etibarlı imzadan az olması ilə nəticələnmişdir. Bu namizədlərdən heç biri MSKnın qərarından məhkəməyə şikayət etməmiş və DTİHB SMM-ə izah edərək bildirmişlər ki, onlar namizədlərin qeydiyyatı prosesinin dürüstlüyünə, məhkəmə sisteminin müstəqilliyinə və şikayətin məhkəmədə düzgün cavablandırılma ehtimalının olmasına etibar etmirlər.
MSK-dan DTİHB SMM-ə bildirilmişdir ki, Mərkzi Seçki Komissiyası irəli sürülmüş namizədlərə və ya onların nümayəndələrinə qanunla tələb olunan qaydada yoxlama prosesini müşahidə etmək imkanı yaratmışdır. Lakin hər iki qeydiyyata alınmayan namizəd iddia etmişdir ki, onlar özlərinin dəstəkləyici imzalarının yoxlanması prosesini müşahidə etməyə dəvət olunmayıblar.
Təqdim olunmuş imzaların yoxlanması MSK-nın işçi qrupu (İQ) tərəfindən həyata keçirilmişdir və bu, MSK-nın namizədləri qeydiyyata almaq və ya almamaq ilə bağlı müvafiq qərarları üçün əsas olmuşdur. İQ-nun üzvləri DTİHB SMM-ə bildirmişlər ki, proses imza qeydlərinin vizual yoxlanmasından, eləcə də şübhəli təkrarlanan imzaların vizual yoxlanmasından ibarət olmuşdur. İQ imza siyahılarındakı qeydləri elektron və axtarış edilə bilən seçici siyahıları ilə yoxlamamışdır, lakin yalnız doğum tarixlərini və şəxsiyyət vəsiqəsi nömrələrinin quruluşca uyğun olub-olmadığını yoxlamışdır. İQ yüzlərlə vərəq üzərində yalnız vizual baxış-yoxlamalar ilə imzaların müqayisə edilməsi prosesinə etibar edir ki, bu da tam və etibarlı hesab oluna bilməz. İQ bu prosesin texniki cəhətdən adekvat və səmərəli olduğunu aydın şəkildə göstərə bilməmişdir. İQ tərəfindən verilmiş və DTİHB SMM tərəfindən təhlil edilmiş məlumatlarda namizəd olmaq hüququ ilə bağlı ATƏT öhdəliklərinin qanunla lazımi səviyyədə qorunmasına və təcrübədə tətbiq edilməsinə dair şübhələr vardır.30 Bundan əlavə, AİHM son məhkəmə işlərində namizədlərin qeydiyyatı üzrə hüquqi çərçivənin və onun tətbiq olunmasının nöqsanlı olduğunu və Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi, 1 saylı Protokolla ziddiyyət təşkil etdiyini müəyyən edib.
Kampaniya Mühiti
Rəsmi kampaniya müddəti mart ayının 19-dan başlamış və seçki günü səs vermənin başlanmasından 24 saat əvvələ qədər olmaqla 22 gün davam etmişdir. MSK təşviqat kampaniyalarının keçirilməsi üçün bütün ölkə ərazisində 168 qapalı və açıq məkan ayırmışdır. Ümumiyyətlə, kampaniya məhdud səviyyədə ictimai maraq doğurmuşdur.
YAP hazırda vəzifədə olan prezidentin adından yaxşı təşkil olunmuş və yaxşı təmin edilmiş kampaniya həyata keçirmişdir ki, bu da mətbuat tərəfindən geniş işıqlandırılmışdır. Vəzifədə olan prezident DTİHB SMM-ə bildirmişdir ki, o, özünü ona görə təbliğ etmək istəmir ki bu, onun seçki rəqiblərini daha çətin vəziyyətdə qoyar, çünki 15 illik vəzifə müddətindən sonra onun ictimai nüfuzu çox yüksəkdir. Öz namizədlərini təbliğ etmək üçün ölkənin regionlarına səyahət edən aparıcı partiya rəsmilərinin cəlb olunduğu YAP kampaniyası əsasən digər mövzular arasından sabitliyin, regional təhlükəsizliyin və artan iqtisadi və sosial inkişafın əhəmiyyətini vurğulayaraq dövlət başçısı kimi prezidentin keçmiş nailiyyətlərini işıqlandırmağa yönəldilmişdir. Prezident öz vəzifəsində ölkənin regionlarına səfərlər etmişdir. Seçkiyə qədər olan müddət ərzində xarici rəsmilərin ölkəyə bir neçə yüksək səviyyəli səfərləri də olmuşdur ki, bu da mətbuat tərəfindən geniş əhatə olunmuşdur.
YAP-ın seçki kampaniyasında inzibati resursların sui-istifadəsi barədə olan davamlı iddialar seçki prosesinə inamı azaltmışdır. Bir çox hallarda DTİHB SMM rəhbər dövlət məmurlarının hamısı iş saatlarında keçirilmiş YAP-ın kampaniya tədbirlərində çıxış etdiklərini və ya gözəçarpan yerlərdə oturmuş aydın görünən iştirakçı olduqlarını müşahidə etmişdir. Bundan başqa, DTİHB SMM əsas rəhbər YAP funksionerlərinin kampaniya fəaliyyətlərinə aparılıb gətirilməsində dövlət avtomobillərindən istifadə olunduğu bir neçə halı da müşahidə etmişdir. İnzibati resursların bu şəkildə sui-istifadəsi 1990-cı il ATƏT Kopenhagen Sənədinin 5.4-cü paraqrafı ilə ziddiyyət təşkil edir.
Bir sıra hallarda dövlət sektorunun işçiləri və universitet tələbləri DTİHB SMM-ə məlumat vermişdirlər ki, onlar YAP tərəfindən təşkil olunan seçki kampaniyası tədbirlərində iştirak etməyə məcbur ediliblər. Bəzi hallarda DTİHB SMM müşahidə etmişdir ki, YAP tədbirlərində iştirak edən insanlar tədbiri könüllü tərk etmək istədikdə partiya rsəmiləri və/və ya da polis tərəfindən qarşıları alınıb. Bir sıra hallarda YAP tədbirlərinin keçirildiyi yerlərdə çıxış qapılarının bağlı olduğu müəyyən olunmuşdur, məsələn mart ayının 19-da Bakıda YAP-ın kampaniya tədbirinin açılışında belə hal baş vermişdir. Seçicilər üzərində belə təzyiqin olması 1990-cı il ATƏT Kopenhagen Sənədinin 7.7-ci paraqrafında göstərildiyi kimi seçki kampaniyasının azad və ədalətli mühitdə keçirilməsi ilə bağlı narahatlıqlar doğuru.
DTİHB SMM digər yeddi prezidentliyə namizəd tərəfindən təşkil olunmuş kampaniya yürüşlərinin çox məhdud sayda olduğunu görmüşdür. Bu namizədlər DTİHB SMM-ə bildirmişlər ki, resursların məhdud olması səbəbindən onlar əsas diqqətlərini qapıdan-qapıya kampaniyasına və sosial mediadan istifadəyə yönəldiblər. Mövcud olduqları yerlərdə bu namizədlərin regional strukturlarının həqiqətən YAP-ın strukturlarından çox zəif təşkil olunduğu görünür. DTİHB SMM müşahidə etmişdir ki, bu namizədlərin kampaniya tədbirləri hazırda vəzifədə olan prezidentin kampaniya tədbirlərindən müqayisə edilməyəcək qədər kiçik olmuşdur. Mahiyət baxımından daha çox ümumi olaraq qalmalarına baxmayaraq, onların müvafiq seçki platformalarına sosial-iqtisadi inkişaf, korrupsiya ilə əlaqəli problemlər, prezidentin səlahiyyətlərini azaltmaq və güclü milli müdafiəni təmin etmək zərurətinin olması kimi mövzular daxil olmuşdur. Bu namizədlərdən heç biri hazırda vəzifədə olan prezidentə və onun siyasətinə əks mövqe nümayiş etdirməmiş və ya konkret siyasi alternativlər irəli sürməmişdir. Nəticə etibarilə seçkilərdə həqiqi rəqabət olmamışdır.
10 və 31 mart tarixlərində DTİHB SMM Bakıda müxalifət tərəfindən təşkil olunmuş iki etiraz yürüşünü müşahidə etmişdir. Bir partiyadan olan təşkilatçılar bildirmişdilər ki, hər etirazdan əvvəl bir çox partiya üzvü sorğuya cəlb olunub və bəziləri polis tərəfindən saxlanıb. Daxili İşlər Nazirliyindən DTİHB SMM-ə bildirilmişdir ki, bu iddialar həqiqətə uyğun deyildir. Hər iki hal siyasi partiyaların sərbəst kampaniya apara bilməsi və eləcə də vətəndaşların siyasi fəaliyyətlə cəza qorxusu olmadan məşğul ola bilməsi ilə bağlı şübhələr oyatmışdır ki, bu da 1990-cı il ATƏT Kopenhagen Sənədinin 7.7-ci paraqrafına və Avropa İnsan Hüquqalrı Konvensiyasının 10 və 11-ci maddələrinə ziddir.
Birbaşa gender məsələlərinə ünvanlanan konkret kampaniya platformalarının olmaması çox nəzərə çarpmışdır, ümumiyyətlə qadınlara hələ də “ənənəvi” qəbul olunmuş rolları kontekstində həyat yoldaşı və ana kimi baxılır. DTİHB SMM qadınların həm partiya rəsmiləri, həm də kampaniya tədbirlərinin iştirakçısı kimi kampaniyada az təmsil olunduqlarını müşahidə etmişdir. Milli azlıq məsələləri kampaniya zamanı qabarıq hiss olunmamışdır və DTİHB SMM kampaniya müddətində azlıq əleyhinə heç bir çıxış olduğunu müşahidə etməmişdir.
Kampaniyanın Maliyyəsi
Prezidentliyə namizədlər öz kampaniyalarını yalnız şəxsi fondlardan və ianələrdən maliyyələşdirə bilər. Qanun xarici ölkələrdən və vətəndaşlardan, beynəlxalq təşkilatlardan, dövlət orqanlarından və bələdiyyələrdən, xeyriyyə təşkilatlarından, dini birliklərdən və anonim donorlardan yardımların alınmasını qadağan edir.
İrəli sürülmüş namizədlər kampaniya maliyyəsinə nəzarət üçün cavabdeh olan MSK tərəfindən müəyyən olunan bankda öz kampaniya əməliyyatları üçün xüsusi hesab açmalıdır. Namizədin kampaniya məqsədləri üçün sərf edə biləcəyi maksimum məbləğ 10 milyon (təxminən 4,79 milyon AVRO) təşkil edir. Yardımların maksimum həddi fiziki şəxslərdən 3,000 AZN, hüquqi şəxslərdən 50,000 AZN, namizədliyi irəli sürən partiya yaxud seçicilər qrupundan 250,000 AZN müəyyən olunub.
Seçkilərdə iştirak edən namizədlər və ya partiyalardan MSK-ya alınmış kampaniya yardımları və özlərinin məsrəfləri haqqında üç maliyyə hesabatı təqdim etmək tələb olunur: qeydiyyat zamanı ilkin hesabat, seçki gününə 20 və 10 gün qalmış aralıq hesabat və yekun nəticələrin dərc olunmasından 10 gün ərzində yekun hesabat. Bütün qeydiyyata alınmış namizədlər qanunla tələb olunan qaydada özlərinin birinci və ikinci maliyyə hesabatlarını təqdim etmişdir və MSK bu hesabatları öz vebsaytında dərc etmişdir. Yoxlamaların nəticələrini dərc etmək ilə bağlı hüquqi tələbin olmaması kampaniya maliyyəsinin şəffaflığını məhdudlaşdırır.
Mətbuat
Konstitusiya ifadə azadlığı, mətbuat azadlığı və informasiya əldə etmək hüququna zəmanət verir. Bununla belə, son dərəcə məhdudlaşdırıcı qanunlar bu konstitusional zəmanətlərə əngəl olur. Diffamasiya və böhtan 2016-cı ildən etibarən onlayn məzmuna da tətbiq olunmaqla cinayət əməlləri hesab olunur və bu cür hərəkətlərə görə üç ilə qədər yaxud əgər hədəf prezidentdirsə, beş ilə qədər azadlıqdan məhrumetmə cəzası vardır. Bu, siyasi kampaniyanın çox vacib hissəsi olan ifadə azadlığını məhdudlaşdır. Həmçinin jurnalistlər və bloqerlər öz peşəkar fəaliyyətlərinə aid olduğu görünməyən, lakin DTİHB SMM müsahibləri tərəfindən tənqidi jurnalistikadan qisas alma kimi qiymətləndirilən əsassız həbs və saxlanmalara məruz qalmışlar. Bir sıra yayım şirkəti yüksək-çinli hökumət məmurlarını və onların ailələrini hər hansı dərəcədə tənqid etməkdən çəkinmə təcrübəsinin olduğu haqqında DTİHB SMM-ə məlumat vermişdir.
Bütün ölkəni əhatə edən 11 televiziya kanalı ölkədə siyasi məlumatların əsas mənbəyi olaraq qalır. Bu yayım şirkətlərinin sahiblik strukturları şəffaf deyildir. DTİHB SMM müsahibləri bütün özəl yayım şirkətlərinə birbaşa dövlət təsirinin olduğunu və vebsaytlar və sosial şəbəkələrin alternativ və tənqidi fikirlər üçün yeganə platformalar olduğunu iddia etmişdir. Lakin onlayn platformaların müstəqilliyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qanunla əvvəlcədən məhkəmə qərarı olmadan məzmunlarını əsas tutaraq vebsaytları bloklamaq səlahiyyəti verildikdən sonra məhdudlaşdırılmışdır.
Qanuni tələblərə uyğun olaraq, ictimai yayım şirkəti pulsuz efir vaxtı ayırmışdır ki, bu da məhz televiziya və radioda 9 dəfə birsaatlıq dəyirmi masalar üçün istifadə olunmuşdur, bu dəyirmi masalarda yeddi namizəd iştirak etdiyi halda, vəzifədə olan prezident səlahiyyətli nümayəndəsi vasitəsilə orada təmsil olunmuşdur. Bu dəyirmi masalar namizədlərə öz fikirlərini təqdim etmək üçün platforma versə də, onların dəyəri hazırda vəzifədə olan prezidentin iştirak etməməsi ilə azalmışdır. Rəqiblər seçkiləri boykot etmək və ya seçkilərdə iştirak etməmək qərarı vermiş müxalifət partiyaları, hərəkatlar və şəxslər üzərinə hücum etməyə və onları mühakimə etməyə kifayət qədər vaxt sərf etmişlər. Üç dövlət qəzeti hər bir namizədə ödənişsiz yer ayırmışdı.
Xəbər buraxılışlarında kampaniya məhdud şəkildə işıqlandırılmışdır və daha çox seçki administrasiyasının fəaliyyətlərinin işıqlandırılması ilə kölgədə qalmışdır. Monitorinqi aparılmış bütün televiziya kanalları öz xəbərlərinin böyük hissəsini hakimiyyət orqanlarına və onların
fəaliyyətlərinə həsr etmişdir. Hazırkı prezidentin media tərəfindən işıqlandırılması əsasən onun öz səlahiyyətlərini icra etməsi, o cümlədən geniş şəkildə yolların, xəstəxanaların və zavodların açılışı kimi rəsmi tədbirlərdə iştirakı ilə bağlı olmuşdur. Hökumətin siyasətini tənqidi şəkildə təhlil edən yayım mediasının olmadığı üçün, xəbərlərdə hakimiyyət qurumlarının fəaliyyəti ilə bağlı müxalif fikirlər mövcud olmamışdır.
Xüsusilə rəsmi kampaniya müddətində dövlət və özəl mətbuat orqanları öz siyasi və seçki ilə əlaqədar xəbər buraxılışlarının 48 – 81 faiz hissəsini hakimiyyət orqanlarının, o cümlədən prezidentin (26 – 40 faiz), birinci vitse-prezidentin (3 – 19 faiz), hökumətin (13 – 17 faiz), prezident administrasiyasının (1– 5 faiz), yerli hakimiyyət orqanlarının (1 – 5 faiz) fəaliyyətinə həsr etmişdir. Hakim YAP bu xəbərlərdə 4 – 19 faiz arasında yer almışdır. Bu xəbərlər əsasən müsbət tonda olmuşdur. Bunun əksinə olaraq, bütün digər namizədlər və siyasi partiyalar xəbər buraxılışlarında ümumilikdə 4 – 20 faiz arasında yer almışdır. Bundan əlavə, seçkiləri boykot etməyə çağıran vətəndaş cəmiyyəti fəallarının neqativ işıqlandırılması bütün monitorinq aparılmiş xəbər buraxılışlarında müşahidə edilmişdir. MSK monitorinq aparılmış yayım şirkətlərində gedən xəbər buraxılışlarında 6 – 18 faiz arasında yer almışdır.
Yayım şirkətlərinin ödənişli reklamları konkret müəyyən etmədiklərinə baxmayaraq, xəbər buraxılışlarında namizədlər əsasən ödənişli əsasda işıqlandırılmışdır. Seçki Məcəlləsində seçki kampaniyasının nələrdən ibarət olmasının tərifi və mətbuatda kampaniyanın əhatə olunması qaydaları istənilən seçki ilə bağlı gündəlik xəbərlərin yalnız xəbər buraxılışlarında yayılmasına imkan vermişdir. Dövlət kanalı olan AzTV-nin hər hansı kampaniya ilə əlaqəli materialları efirdə yayımlaması qanunla qadağandır. Kanal bu məhdudiyyəti öz xəbər buraxılışlarında hər hansı kampaniya fəaliyyətlərinin işıqlandırılmasının onlara qadağan edildiyi kimi izah etmişdir. Buna görə də o, bütün kampaniya müddəti ərzində bütün rəqiblərə ümumilikdə 17 saniyə ayırmışdır. Eyni zamanda, kanal prezidentin fəaliyyətlərinin geniş işıqlandırılmasını təmin etmişdir ki, bu da xəbər buraxılışlarında təxminən 5 saat yer almışdır.
Mərkəzi Seçki Komissiyası MSK-nın Seçki Məcəlləsinin kampaniya ilə əlaqəli müddəalarına əməl olunmasına nəzarətin aparılmasında kömək etmək üçün MSK üzvlərindən və mətbuat orqanlarının nümayəndələrindən ibarət olmaqla media üzrə xüsusi işçi qrupu yaratmışdır. Bu qrup kampaniya müddətində iclas keçirməmişdir və qrupun üzvləri olan mətbuat orqanlarının redaktorlarının əksəriyyətinin özlərinin bu qrupa üzvlüklərindən xəbərsiz olduğu aşkar olmuşdur.
Şikayətlər və Apelyasiyalar
Seçki Məcəlləsinə görə, seçicilər, namizədlər, siyasi partiyalar və partiyalar blokları, qeydiyyata alınmış namizədlərin nümayəndələri və müşahidəçilər tərəfindən şikayətlər verilə bilər. Şikayət seçki hüquqlarını pozan hər hansı qərar və ya hərəkətdən (yaxud hərəkətsizlikdən) verilə bilər. Şikayətlər qərarları, hərəkətləri və ya hərəkətsizlikləri mübahisə doğuran komissiyadan yuxarı seçki komissiyasına verilməlidir. MSK-nın qərarlarından şikayət Apelyasiya Məhkəməsinə verilir. Apelyasiya Məhkəməsinin qərarlarından isə şikayət Ali Məhkəməyə verilə bilər. Seçki Məcəlləsində şikayətlərin verilməsi və onlara baxılması üçün qısa müddət müəyyən olunur. Şikayət və ya apelyasiyanın təqdim olunması müddəti pozuntunun baş verdiyi gündən yaxud qərarın qəbul edilin dərc olunduğu gündən və ya şikayətçiyə qərarın bildirildiyi gündən etibarən üç gün təşkil edir. Seçki günündən əvvəl 30 gün ərzində verilən şikayətlər və apelyasiyalar ilə bağlı iki gün ərzində qərar verilməlidir. Seçki günü və ondan sonra təqdim olunan şikayətlər ilə əlaqədar dərhal qərar qəbul edilməlidir.
Seçki gününə qədər BSSM-in hər hansı səviyyədə seçki administrasiyasına və məhkəmələrə daxil olmuş hər hansı şikayətlər haqqında xəbərdar olmamış və belə şikayətlər haqqında ona heç bir məlumat verilməmişdir. Bir neçə BSMM müsahibi xüsusilə bildirmişdir ki, onlar seçki komissiyalarının və məhkəmələrin AİHM-nin son qərarlarında qeyd etdiyi kimi, şikayətlərə qərəzsiz və peşəkarcasına baxacağına inanmadıqları üçün şikayət verməyəcəklər. Rəsmi şikayətlərin olmadığını nəzərə alaraq, BSMM bu sistemin səmərəliliyini və onun seçki hüquqlarının pozulması hallarına qarşı həqiqətən adekvat və effektiv vasitə olduğunu qiymətləndirə bilmir.
Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvü olduğu üçün, şikayətlər Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim oluna bilər. Azərbaycan ilə əlaqədar qismən icra olunmuş və ya heç icra edilməmiş olan 120 hökmdən 48-i birbaşa seçkilərlə əlaqədardır.48 AİHM bu yaxınlarda qərara almışdır ki, hakimiyyət orqanları seçki pozuntuları ilə bağlı şikayətləri və iddiaları lazımi qaydada araşdırmamışdır. Bundan başqa, 2005 və 2010-cu il parlament seçkiləri ilə bağlı bir çox məhkəmə işi hələ də icraatdadır. İlqar Məmmədovun həbsdən azad olunması haqqında məhkəmə hökmünün icra olunmaması ilə bağlı Avropa İnsan Hüquqları Konvensiyasının 46.4-cü Maddəsinə uyğun olaraq hüquq pozuntusunun icraatı hal-hazırda AİHM-də aparılır.
Vətəndaş və Beynəlxalq Müşahidəçilər
Seçki Məcəlləsində seçkilərin vətəndaşlar və beynəlxalq müşahidəçilər tərəfindən müşahidəsi müəyyən olunur. Yerli müşahidəçilər fərdi qaydada yaxud namizədlərin, siyasi partiyaların və ya qeyri-hökumət təşkilatlarının (QHT-lər) nümayəndələri olaraq müşahidə etmək üçün qeydiyyatdan keçə bilər. MSKdan verilən məlumata görə DSK-lar və MSK tərəfindən ümumilikdə 58,175 yerli müşahidəçi qeydiyyata alınmışdır ki, bunun da 4,041 nəfəri QHT-lər tərəfindən irəli sürülmüşdür; həmçinin ümumilikdə 894 beynəlxalq müşahidəçi akkreditasiya olunub. Seçkiləri boykot edən və ya seçkilərdə iştirak etməyən siyasi partiyalar DTİHB SMM-ə bildirmişlər ki, onlar seçki prosesini müşahidə etməyəcəklər.
Namizədlərin səlahiyyətli nümayəndələri qanunla seçki günündən əvvəl də daxil olmaqla bütün MSK və DSK iclaslarını müşahidə edə biləcəkləri halda, müşahidəçilərin bunun üçün MSK-dan xüsusi icazə alması lazımdır.
Bir çox BSMM müsahibi bildirmişdir ki, xarici maliyyələşmə ilə əlaqədar məhdudlaşdırıcı hüquqi müddəalar vətəndaş cəmiyyəti təşkilatlarının öz müşahidəçilərinə təlim keçmək və onları ərazilərə ezam etmək imkanını məhdudlaşdırır. Seçki ilə əlaqədar fəaliyyətlərdə, o cümlədən vətəndaş müşahidəçiliyində əvvəllər fəal olmuş bir sıra QHT-lər DTİHB SMM-ə bildirmişlər ki, onların fəaliyyət imkanları hökumət və seçki administrasiyası tərəfindən yaradılmış əngəllər ilə ciddi surətdə məhdudlaşdırılmışdır. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) həm Azərbaycanda, həm də xaricdə müstəqil və peşəkar müşahidə aparmaq sahəsində mühüm təcrübəsi vardır, lakin 2008-ci ildən bəri qeydiyyata alınmır və beləliklə də hüquqi statussuz qalır. Ona görə də həmin mərkəzin könüllüləri özləri fərdi qaydada akkreditasiyadan keçməli olmuşdurlar. SMDT-dən DTİHB SMM-ə bildirmişlər ki, onun könüllülərinin bəziləri akkreditasiyadan keçərkən çətinliklərlə üzləşmişlər.
Seçki Günü
Seçki günü mütləq icra olunması zəruri olan prosedurların geniş miqyasda nəzərə alınmaması, çox sayda ciddi pozuntu halları və şəffaflığın olmaması ilə xarakterizə olunmuşdur. MSK seçici iştirakının 74.5 faiz olduğunu bəyan etmişdir. Komissiya 12 apreldə saat təxminən 02:00 radələrində əksər seçki məntəqələrindən alınmış ətraflı ilkin seçki nəticələrini yerləşdirmişdir.
BSSM müşahidəçiləri müşahidəsi aparılmış 138 seçki məntəqəsindən 23-də keçirilmiş açılış prosesini mənfi qiymətləndirmişdir. MnSK-lar alınmış bülletenlərin sayılması və protokollaşdırılması (uyğun olaraq 37 və 49 müşahidə), QÇV-nin sayılması və ləğv olunması (25 müşahidə), seçki qutularının boş olmasının göstərilməsi və onların təhlükəsizlik məqsədi ilə möhürlənməsi (13 müşahidə) və seçki qutusu möhürlərinin seriya nömrələrinin qeydə alınması (34 müşahidə) kimi məcburi prosedurları yerinə yetirməmişdir. Bütün bunlar seçkidə sui-istifadənin qarşını almaq üçün mühüm qoruyucu tədbirlərdir.
Səsvermə 1,300 müşahidə aparılmış seçki məntəqəsinin 12 faizində mənfi qiymətləndirilmişdir ki, bu da çox yüksək rəqəmdir və ciddi narahatlıq doğurur. Proses müşahidə aparılmış əksər seçki məntəqəsində ümumilikdə normal və qaydasında olsa da, BSSM müşahidəçiləri bildirmişlər ki, MnSKlar çox vaxt əsas prosedurlara əməl etməmiş, şəffaflığı təmin etməmiş və müşahidəçilərin işinə əngəl törətmişdir.
BSMM müşahidəçiləri çoxlu ciddi pozuntu hallarının, o cümlədən seçki qutusuna topa bülleten atılması (4 faiz), seçici siyahılarında olan çoxlu zahirən oxşar imzalar (8 faiz), eləcə də qrup şəklində, başqasının yerinə səs vermə və təkrar səs vermə (uyğun olaraq 3, 2 və 1 faiz) faktlarının olduğunu bildirmişlər. Təkrar səs verməyə qarşı zəmanət olan barmağa mürəkkəb vurulması ilə bağlı prosedurlar çox vaxt nəzərə alınmamışdır, çünki seçicilər görünməyən mürəkkəb izlərinin olub-olmamasına görə hər dəfə yoxlanmamışdır (17 faiz) və ya bülleteni almamışdan əvvəl barmaqlarına mürəkkəb vurulmamışdır (11 faiz).
BSMM müşahidəçiləri bütün seçicilərin öz bülletenlərini gizli qeyd etmədiklərini və ya seçki qutusuna atmazdan əvvəl bülleteni qatlamadıqları (uyğun olaraq 5 və 12 faiz) kimi səslərin gizliliyi ilə əlaqədar bir sıra problemlərin olması haqqında məlumat vermişlər. Veb kameralar bəzən elə yerləşdirilmişdi ki, səslərin gizliliyini təmin edə bilmirdi (müşahidə aparılmış veb kameralar quraşdırılmış seçki məntəqələrinin 15 faizində). Müşahidə aparılmış seçki məntəqələrinin dörddə üçündən çox hissəsində fiziki əlilliyi olan seçicilərin rahat daxil olması üçün şərait olmamışdır və 42 faizində daxili dizayn belə seçicilər üçün uyğun olmamışdır.
Partiya və namizədlərin müşahidəçiləri müşahidə aparılmış seçki məntəqələrinin 88 faizində, vətəndaş və könüllü müşahidəçilər isə 72 faizində olmuşdurlar. Onlar bəzən MnSK-ların işinə qarışırdılar, partiya müşahidəçiləri isə çox vaxt kimi təmsil etdiklərini bilmirdilər. BSMM və digər müşahidəçilərə müşahidə zamanı məhdudiyyət yaradılırdı (uyğun olaraq 4 və 8 faiz). Çox müşahidəçilərə seçici siyahılarına baxmağa icazə verilmirdi.
BSMM müşahidəçiləri müşahidə aparılmış 133-dən çox səs sayılması prosesini əsasən müəyyən olunmuş prosedurlara açıq-aydın əməl olunmaması və ya məqsədyönlü saxtalaşdırmalar səbəbindən mənfi qiymətləndirmişdir. Daha mühümü isə müşahidə aparılmış MnSK-ların təxminən ikidə biri seçici siyahılarında olan imzaları saymamışdır ki, bu da siyahıda imza etmiş insanların sayı ilə qutudan çıxan bülletenlərin sayı arasında uzlaşmanı qeyri-mümkün etmişdir. BSMM müşahidəçiləri seçki qutusuna topa bülletenlərin atılması ilə bağlı 19, eləcə də seçici siyahılarındakı qeydlərin, nəticələrin və ya protokolların qəsdən saxtalaşdırılması ilə bağlı 17 fakt haqqında məlumat vermişdir.
Sayılma prosesində qanunla müəyyən olunmuş bir çox prosedur mərhələlər çox vaxt buraxılmışdır. Demək olar ki, müşahidə aparılmış MnSK-ların dörddə biri istifadə olunmamış bülletenleri ləğv etməmiş və onların təxminən yarısı seçki qutularının açılmasından əvvəl rəqəmləri protokola daxil etməmişdir – hər iki amil səslərin sayılması zamanı manipulyasiyalara qarşı mühüm zəmanət hesab olunur. Müşahidə aparılmış səs sayılması proseslərinin üçdə ikisindən çoxunda bülletenlərin arxası qanunla müəyyən olunmuş qaydada möhürlənməmişdir.
Bəzi hallarda proses zamanı qutuda olan bülletenlərin ümumi sayından digər namizədlərə verilmiş səslərin sayını çıxmaqla vəzifədə olan prezidentin lehinə verilmiş bülletenlərin sayını müəyyən etmək kimi qısa yollardan istifadə olunmuşdur. Bu, əsas rəqəmlərin uyğun qaydada uzlaşdırılmasını daha da çətinləşdirmişdir. Nəticələrə dair protokollar çox vaxt müəyyən olunmuş qaydada tamamlanmamış və müşahidə aparılmış seçki məntəqələrinin ikidə birində ictimaiyyətin tanış olması üçün asılmamışdır. BSMM və digər müşahidəçilər müşahidə zamanı məhdudiyyətlərlə üzləşmiş və bəzi hallarda təhdid olunmuşlar.
BSSM müşahidəçiləri tərəfindən təqdim olunmuş 111 məlumatdan 99-da tabulyasiya müsbət qiymətləndirilmişdir. BSMM müşahidəçiləri qeyd etmişlər ki, DSK binaları heç də hər yerdə adekvat olmamışdır (21 məlumat) və bu da bəzi DSK-larda sıxlığın yaranması ilə prosesə (12 məlumat) mənfi təsir olunmasına və ya iştirak edən şəxslərin prosesi aydın izləyə bilməməsinə (15 məlumat) səbəb olmuşdur. Materialların təhvil verilməsi və nəticələrin tabulyasiyası zamanı müəyyən olunmuş prosedurlara çox vaxt əməl olunmamışdır. 28 DSK-da MnSK-ların nəticələrə dair protokollarındakı rəqəmlər heç də həmişə uyğun gəlməmişdir və MnSK-ların protokolları DSK binalarında doldurması ilə bağlı 12 məlumat, eləcə də tələb olunan rəsmi DSK qərarı olmadan MnSK-ların protokollarda düzəliş etməsinə dair 9 fakt olmuşdur.
Bu hesabatın İngilis dilindəki versiyası yeganə rəsmi sənəddir.
Azərbaycan dilində qeyri-rəsmi tərcüməsi vardır.
MİSSİYA HAQQINDA MƏLUMAT VƏ TƏŞƏKKÜRLƏR
Bakı şəhəri, 12 aprel 2018-ci il – İlkin Faktlar və Nəticələr haqqında bu Bəyanat ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB), ATƏT-in Parlament Assambleyasının (ATƏT PA) və Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) birgə səylərinin nəticəsidir. Qiymətləndirmə seçkilərin ATƏT qarşısındakı öhdəliklərə, Avropa Şurasının və digər beynəlxalq təşkilatlar qarşısındakı öhdəliklərə, demokratik seçki standartlarına və milli qanunvericiliyə uyğun olmasını müəyyən etmək üçün aparılmışdır.
Xanım Nilza de Sena ATƏT-in hazırkı Sədri tərəfindən Xüsusi Əlaqələndirici və ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri təyin edilmişdir. Xanım Margret Kiener Nellen ATƏT PA nümayəndə heyətinə rəhbərlik etmişdir. Cənab Viorel Riceard Badea AŞPA nümayəndə heyətinə rəhbərlik etmişdir. Xanım Corein Jonker 9 martdan tarixindən etibarən ezam olunmuş DTİHB SMM-in Rəhbəridir.
Bu Beynəlxalq Seçki Müşahidəsi Missiyasına cəlb olunmuş təşkilatların hər biri 2005-ci il Beynəlxalq Seçki Müşahidəsi Prinsiləri Bəyannaməsini təsdiq edib. İlkin Faktlar və Nəticələr haqqında bu Bəyanat seçki prosesinin tamamlanmasından əvvəl hazırlanıb. Seçkinin yekun qiymətləndirilməsi həm də səslərin sayılması, tabulyasiyası və nəticələrin elan olunması və seçki günündən sonra mümkün şikayət və ya apelyasiyaların verilməsi halları da daxil olmaqla seçki prosesinin qalan mərhələlərinin keçirilməsindən asılı olacaq. DTİHB seçki prosesinin tamamlanmasından sonra təxminən səkkiz həftə sonra ətraflı yekun hesabatı, o cümlədən potensial təkmilləşdirmələrin aparılmasına dair tövsiyyələrini dərc edəcək. ATƏT PA öz hesabatını 7 iyul 2018-ci ildə Berlində öz Daimi Kamitəsinin iclasında təqdim edəcək. AŞPA öz hesabatını 1 iyun 2018-ci ildə Zaqrebdə keçiriləcək Daimi Komitənin iclasında təqdim edəcək.
DTİHB SMM-ə paytaxtda 12 ekspert və ölkə üzrə ezam edilmiş 28 uzunmüddətli müşahidəçidən ibarətdir. Seçki günü 40 ölkədən 350 müşahidəçi göndərilmişdir, o cümlədən 265 uzun- və qısamüddətli müşahidəçi DTİHB tərəfindən, eləcə də 48 nəfərdən ibarət nümayəndə heyəti ATƏT PA tərəfindən, 37 nəfərdən ibarət nümayəndə heyəti isə AŞPA tərəfindən ezam olunmuşdur. Ölkə üzrə açılış 138 seçki məntəqəsində, səsvermə isə 1,300-dən çox seçki məntəqəsində müşahidə edilmişdir. Səslərin sayılması 133 seçki məntəqəsində, tabulyasiya isə 118 DSK-da müşahidə edilmişdir.
BSMM seçkiləri müşahidə etmək üçün göndərdikləri dəvətə görə hakimiyyət orqanlarına və göstərdikləri köməyə görə Mərkəzi Seçki Komissiyasına və Xarici İşlər Nazirliyinə təşəkkürünü bildirir. Missiya həmçinin digər dövlət təşkilatlarına, siyasi partiyalara, mətbuata və vətəndaş cəmiyyəti təşkilatlarına və beynəlxalq cəmiyyətin nümayəndələrinə göstərdikləri əməkdaşlığa görə öz minnətdarlığını bildirir.