DSK: Sənayedə 2 faiz artım var

Dövlət Statistika Komitəsi

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 11.1 milyard manatlıq sənaye məhsulu istehsal edildiyi bildirilir.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 faiz çoxdur.

Sənaye məhsulunun 73.5 faizi mədənçıxarma, 21.3 faizi emal, 4.6 faizi elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun payına düşür. 0.6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

DSK bildirir ki, mədənçıxarma sektorunda neft hasilatı 2.2 faiz artıb, əmtəəlik qaz hasilatı isə 5.8 faiz azalıb.