Muzdla işləyənlər də azalıb, onların maaşları da

Fəhlə

Fəhlə

«2018-ci il martın 1-i ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1516.5 min nəfər olub. Onlardan 887.9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 628.6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib».

Dövlət Statistika Komitəsinin bu gün, aprelin 13-də yaydığı məlumatda belə yazılır.

Komitə bu il yanvarın 1-də ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayını 1521.3 min nəfər açıqlamışdı.

«2018-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2.2 faiz artaraq 510»8 manat olub», - DSK-nin aprelin 13-də yaydığı məlumatda vurğulanır.

Ancaq komitənin arxiv materiallarında qeyd edilir ki, bu il yanvarın 1-də ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 528.2 manat olub. Ötən il ölkədə əmək haqlarının ümumilikdə 5.7 faiz artdığı bildirilir.

Bu ildən ölkədə pensiyalar əməkhaqqı artımından asılı olaraq artır. Bu ilin iki ayının göstəricisinə görə, maaşlarda artım yox, azalma var.