Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin bu il 56 rayon və şəhərdə əmək yarmarkaları keçirməyi planlaşdırır.
Nazirliyin məlumatında bildirilir ki, yarmarkalar illik iş planına uyğun təşkil ediləcək.
Yarmarkalar zamanı idarə, müəssisə və təşkilatlarda olan boş iş yerləri işsiz vətəndaşlara təklif olunacaq.
Dövlət Məşğulluq Xidmətinin əmək birjalarının fəaliyyət göstərdiyi şəhərlərdə keçirilən əmək yarmarkalarında isə müvəqqəti xarakterli işlərlə təmin olunmaq istəyən vətəndaşlardan ötrü həmin birjaların iştirakı da təmin ediləcək.
Bu il ərzində həmçinin, təqribən 10 ali təhsil müəssisəsində tələbə və məzunlardan ötrü aktiv məşğulluq tədbirlərinin təşkilinin də nəzərdə tutulduğu bildirilir.
Azərbaycanda işsiz insanların sayı mübahisə mövzusudur. Rəsmi qurumlar ölkədə işsizliyin 5 faiz olduğunu bildirir. Ancaq müstəqil ekspertlər bu rəqəmin dəfələrlə artıq olduğunu düşünürlər.