Avropalılar Qazaxıstanda məhbuslarla görüşüblər

Iskander Yerimbetov/Erimbetov

Avropanın nümayəndə heyəti Qazaxıstanda insan haqları fəallarının siyasi məhbus saydığı şəxslərlə görüşüblər.

Nümayəndə heyətinə polşalı deputat Marcin Swiecicki və İtaliya İnsan Haqları Liqasının prezidenti Antonio Stango rəhbərlik edib. Onlar aprelin 16-da həbsdə olan biznesmen Iskander Erimbetov və insan haqları fəalları Almat Zhumaghulov və Kenzhebek Abishev-lə görüşüblər.

Swiecicki və Stango jurnalistlərə deyiblər ki, Erimbetov onlara həbsdə işgəncəyə məruz qaldığını söyləyib.

2017-ci ilin noyabrında həbs olunmuş Erimbetov-a çirkli pul yuma ittihamı irəli sürülsə də, günahsız olduğunu deyir.

Swiecicki və Stango hakimiyyətin onlara Kazatomprom uran şirkətinin keçmiş prezidenti Mukhtar Dzhakishev ilə görüşməyə icazə vermədiyini bildirib. Onlara deyiblər ki, Dzhakishev sərt qorunan həbsxanadadır və xaricilərin ona baş çəkməsinə icazə yoxdur. Dzhakishev korrupsiya ittihamıyla 14 illik həbsə məhkum edilsə də, bu işi siyasi motivli sayır.