Merkel aprelin 27-də Ağ evə gedəcək

Angela Merkel (sağda) və Donald Trump, arxiv fotosu

Almaniya hökuməti kansler Angela Merkel-in aprelin 27-də Ağ evə ikinci səfərini edəcəyini açıqlayıb.

Alman təhlilçilərin aprelin 18-də bildirməsinə görə, kanslerin ABŞ prezidenti Donald Trump ilə görüşündə Suriya müharibəsi, Rusiyayla münasibətlər, ticarət mübahisələri və tariflər, İranla əlaqələr müzakirə olunacaq.

“Almaniya hökuməti qətiyyətlə inanır ki, bu problemlərin öhdəsindən gəlmək həm Almaniyanın, həm də ABŞ-ın maraqları daxilindədir, görüşüb onları müzakirə etməyə dəyər”, – hökumətin sözçüsü Ulrike Demmer deyib.

Aprelin 19-da isə kansler Fransa prezidenti Emmanuel Macron-la görüşməldir. İki lider 28-29 iyun AB sammiti öncəsi Avropa Birliyində islahatlarla bağlı ümumi mövqe formalaşdırmağa çalışırlar.