Rusiya: Trump Putini ABŞ-a dəvət edib

Donald Trump (sağda) və Vladimir Putin, arxiv fotosu

ABŞ prezidenti Donald Trump rusiyalı həmkarı Vladimir Putin-lə telefon söhbətində onu ölkəsinə dəvət edib, deyib ki, Putini Ağ evdə görməkdən məmnun olar. Bunu cümə günü RIA Novosti Rusiya Xarici İşlər Nazirliyinə istinadla yazıb.

Agentlik xarici işlər naziri Sergei Lavrov-a istinadla qeyd edir ki, Trump ötən aykı telefon zəngində dəvət məsələsini bir neçə dəfə qaldırıb və hazırda Rusiya Trump-ın bu dəvəti rəsmiləşdirməsini gözləyir.

Lavrov-un RIA-ya müsahibəsinin mətni nazirliyin vebsaytında yerləşdirilib. Nazirin deməsinə görə, Trump onu da bildirib ki, Putin-in səfərindən sonra “qarşılıqlı səfər etmək istərdi”.

O bu mövzuya bir neçə dəfə qayıdıb. Amerikalı həmkarlarımıza demək istəyirik ki, zorla onların boynuna qoymaq istəmirik, ancaq nəzakətsiz də olmaq istəmirik. Prezident Trump bu təklifi etdiyindən onu konkretləşdirəcəyini gözləyirik”, – Lavrov deyib.

“Reuters” agentliyi yazır ki, Putin-i Ağ evdə qarşılamaq Trump-ın ölkəiçi tənqidçilərini qəzəbləndirər. Axı, Rusiyanı Qərb ölkələrinə, eləcə də Birləşmiş Ştatlara qarşı düşmən hərəkətlərində suçlayırlar.

Trump-la Putin martın 20-də telefonla danışıblar.