İranın xarici işlər naziri Mohammad Javad Zarif ABŞ-a xəbərdarlıq edib.
O bildirib ki, əgər ABŞ beynəlxalq nüvə razılaşmasından çıxarsa, İran buna cavab olaraq öz nüvə proqramını bərpa edəcək və onu daha sürətlə inkişaf etdirəcək.
Zarif-in sözlərinə, İran beynəlxalq razılaşmanın şərtlərinə tam əməl edir.
Razılaşma 2015-ci ildə əldə edilib. ABŞ-la yanaşı razılaşmanın əldə edilməsində Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin də iştirak edib.
ABŞ prezidenti Donald Trump bildirir ki, saziş onun ölkəsinin maraqlarına cavab vermir.