Talibanın hücumunda azı 14 nəfər həlak olub

Bazar günü hücumunda öldürülənlərdən birinin dəfni

Əfqanıstanın qərbindəki Badğis vilayətində Taliban silahlı qruplaşması eyni vaxtda iki hücum gerçəkləşdirib, azı 14 hərbçi və polis əməkdaşı həlak olub.

Aprelin 23-də Ab Kamari rayonunda xeyli sayda yaraqlı əfqan əsgərlərinə hücum edib, doqquz əsgər həlak olub.

Qadis rayonunda polisə hücumda isə beş polis əməkdaşı öldürülüb.

Hələlik, hücuma görə məsuliyyəti götürən olmayıb.

Ancaq yerli polis rəsmisi hücumlaraa görə Talibanı günahlandırıb.

Aprelin 22-də isə İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına aid intiharçı paytaxt Kabildə seçici qeydiyyatı mərkəzinə hücum edib, 57 nəfəri öldürüb.