Prezident Rusiya Kəşfiyyat Xidmətinin direktoru ilə görüşüb

S.Narışkin

Azərbaycan prezidenti İlham Əliyev aprelin 24-də Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, söhbət zamanı Azərbaycan-Rusiya strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərə görə, tərəflər vurğulayıb ki, bütün sahələrdə olduğu kimi, təhlükəsizlik sahəsində də əməkdaşlıq uğurla davam edir.

Görüşdə regional təhlükəsizlik məsələlərinin də müzakirə olunduğu bildirilir.